“Mən və Hizbullah rəhbərliyindəki qardaşlarım siz cənablara dərin hüznlə başsağlığı verir, böyük mücahid şücaətli rəhbər Saleh Səmmadın şəhadətinə görə təbrik deyirik. Allah ona rəhmət eləsin. O İmam Hüseynin yolunu gedirdi.”
İslaminSesi.info əl-Mənar telekanalına istinadla xəbər verir ki, bu barədə Hizbullah lideri Həsən Nəsrullahın Ənsarullah lideri Əbdül-Məlik Husiyə yazdığı başsağlığı məktubunda deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və ABŞ təyyarələri birgə əməliyyat keçirərək Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Səmmad və onun 6 əməkdaşını terror etmişdilər.
Həsən Nəsrullahın Əbdül-Məlik Husiyə yazdığı başsağlığı məktubunda deyilir:
“Hikmətli və dözümlü rəhbər, qardaşım cənab Əbdül-Məlik Bədruddin Husi Allah yardımçın olsun!.
Əziz qardaşımız Saleh Səmmadın yoxluğuna görə sizə başsağlığı verir və onun ilahi ordenə şəhadət məqamına nail olmasına görə təbrik deyirəm. Bu orden Allahın insana verdiyi kəramət və şəhadət ordenidir. Onun şərafətli ailəsinə Allahdan səbr diləyir, Yəmənin Ali Siyasi Şurasına, Mübarək Ənsarullah hərəkatındakı qardaşlarımzıın hamısına, məzlum, dözümlü və müqavimətçi Yəmən xalqına yaxında qələbə diləyirəm və Allahdan onların işlərinə fərəcin hasil olmasını arzu edirəm.”
Məktubun davamında deyilir:
“Saleh Səmmadın şəhadəti həmişə böyük müharibə zamanı sizə Allahdan böyük dayaq gətirəcək. Necə ki, o, məsuliyyətdə, şücaətdə və təvazökarlıqda döyüş və siyasi meydanlarda hazır olmasında bir nüməni idi. Belə şəxslərin şəhadəti həmişə mücahidlərə və haqlarını almaq istəyən məzlumlara səbr və cihad yolunda bir arxa və himayəçi olub. Necə ki, İmam Hüseynin şəhadəti yüz illərdir mücahidlərə və inqilabçılara ilham verib.
Bu cinayət də Səudiyyə və Amerikanın öncəki cinayətlərinə əlavə edilir. Bu, təcavüzü həyata keçirənlərin necə də zülmətdə olduğunu və onların vəhşiliyini göstərir və eyni zamanda da qeyrətli Yəmən xalqının həqqaniyyətini və məzlumluğunu göstərir.
Sevimli və dəyərli dost!
Mən belə günlərdə sizin nə çəkdiyinizi yaxşı bilirəm. Mən də onun oxşarlarını yaşamışam. Bütün mərhələlərdə dayaq etdiyim komandirləri və rəhbərləri itirdiyim zamanları yaşamışam. Amma sizin Yəməniniz ulu, səbriniz çox, qırılmaz əzminiz, çətinliklərə dözən böyük gücünüz var və bütün bunlar səbəb olacaq ki, inşaallah bu çətin dövrü başı uca və ayaq üstə keçəsiz.
Allah əcrinizi və qələbənizi artırsın, ömrünüzü uzun etsin, sizi başı uca, İslama, Yəmənə və ümmətə fəxr qərar versin!
Həsən Nəsrullah”