Tarix : 2018 Apr 28
Kod 55094

Mirzə Cəlil, Paşinyan və bizim saxta namizəd "müxalifətimiz"

Bizim saxta müxalifət isə prezidentdən it kimi qorxur, bunun qarşılığında gücləri baş nazirə, hökümətin dilsiz-ağızsız nümayəndələrinə çatır

Arannews-Mirzə Cəlil yazırdı: "Hәyәtin birindә böyük tut ağacının kölgәsindә bir neçә ermәni oturub çörәk yeyirdilәr. Keşiş ayaq üstә durub sağ әlini yuxarı qovzayıb danışırdı. İstәyirdim keçib gedәm, hәmin keşişdәn bir söz eşidib atı saxladım. Keşiş uca sәslә üç dәfә dedi: hayreniq, hayreniq, hayreniq ("hayreniq"--ermәni dilindә "vәtәn" demәkdir). Çünki mәn ermәninin dilini başa düşürәm, bir qәdәr dayandım keşişin sözlәrinә qulaq asam. Bu heyndә küçәnin bir tәrәfindәn müsәlman danışığı eşitdim. Atı qabağa sürüb gördüm ki, küçә ayrımında divarın kölgәsindә dörd müsәlman oturub. Bunların birisi Axund Molla Qurbanqulu Molla Qurbanәliyev idi. Bu axundu mәn çoxdan tanıyırdım; özü dә İran әhlidir. Molla Qurbanqulunun әlindә bir kitab var idi. Molla kitabı oxuyurdu vә kәndlilәr diqqәti-tam ilә qulaq asırdılar. Keşiş uca sәslә kәndlilәrә bu sözlәri deyirdi: “Ermәni millәtinin dünyada üç sevgili balası var: "vәtәn", "millәt" vә "dil". Vә nә qәdәr ki, biz hәmin üç sevgili balaların yolunda fәda olmağa qadirik, nә osmanlının hәmidiyyә әsgәri vә kürdlәri, nә Rusiyanın qalitsinlәri vә nә zәmanәnin qeyri bir tәqazası ermәni millәtinin bәqasına xәlәl yetirә bilmәyәcәklәr.” Keşişin bu sözlәrindәn sonra Qurbanqulunun sәsi gәldi. Molla kitabdan bu sözlәri oxuyurdu: "Babi hәftüm: Әgәr bir şәxs yata, yuxusunda hәcәmәt görә, hәmin şәxs dünyada heç bir bәlaya vә naxoşluğa giriftar olmayacaq". Mirzənin bu xam-xəyallarını niyə yazdım deyəcəm. Amma hələlik Ermənistan barədə...
Həmin ermənilərin bugünkü nəvə nəticəsi Ermənistanın baş nazirini yıxdılar. Qatil Sərkisyan istefa verdi. Ondan sonra bir neçə nazir də dalbadal istefa verir. Müxalifət lideri Paşinyan isə susmaq, kifayətlənmək bilmir. İstəyir prezident də rədd olub getsin. Çünki prezident elə Sərkisyanla bir komandada təmsil olunur. Demək olar təzə Sərkisyan (hazırkı prezident) köhnə Sərkisyanın adamıdır. 
Mirzə Cəlil düzdür ki, o vaxt mollalara çox ilişirdi, amma indilərdə onun sümükləri sızıldamaqdadır. Çünki dünyəvilik tərəfdarları, bizim sekulyar siyasətçilərimiz molla Qurbanqulunun ölənlərinə rəhmət oxutdururlar. Məsələ bundan ibarətdir ki, bizim prezident seçkilərində əldəqayırma namizədlərin şüuru Mirzə Cəlilin öz xəyalatından uydurduğu axund Qurbanquludan beşbətərdir. Niyə? 
Azərbaycanda baş nazir dəyişəndən sonra Ermənistanda da baş nazir dəyişdi. Amma Azərbaycanda köklü dəyişiklik olmayıb. Səudiyyənin qoca kralları kimi 83 yaşlı adam gedib 71 yaşlı adam gəlib. Təsəvvür eləsək ki, o da ən azı on il qalacaq, deməli on il sonra o da 81 yaşında olacaq. Üstə gəl bu adam da iqtidarın adamıdır. Saxta müxalifət isə - başda Hafiz Hacıyev – elə bilməsin ki, onun Arturun arxasınca danışdıqları Rəsizadənin evini yıxdı. Çünki zatən balıq Hafizə heç kim qulaq asmır. Bu saxta namizədlər nə etdi? Düşdülər hökümətin üstünə. Zahirdə yıxıb sürüdülər höküməti. Hələ bir Zahid Orucları vardı ki, deyirdi dövlət məsciddən idarə olunmaz. Amma adam Mirzə Cəlilin uydurduğu Qurbanquludan da düşüncəsiz imiş. Çünki bir yandan namizədlik verib prezident olmaq istəyir, digər yandan İlham Əliyevə səs verib və seçicilərini ona səs verməyə çağırıb. Mirzə Cəlil sağ olsaydı bu barədə yazardı.
Məsələnin əsli bundan ibarətdir ki, ermənilər – Mirzə Cəlilin söhbətinin üstündən - 100 il ötsə də yenə də müsəlmandan zirəkdir. Əlbəttə Zahid Oruc, Hafiz Hacıyev kimi müsəlmandan söhbət gedir. Çünki bu tiplər prezidentə yalaqlanır, ona gücləri çatmırdı deyə baş nazirin (hökümətin) üstünə düşmüşdülər. Amma qanmırdılar (özlərini qammazlığa vurmuşdular) ki, bu adamı prezident təyin edib. Erməni lideri Paşinyan isə baş nazirin istefasına nail olduqdan sonra susub oturmayıb. Çalışır hakimiyyət prezident qarışıq cəhənnəmə vasil olsun. Çünki bizim saxta müxalifətdən ağıllıdır. Gözəl bilir ki, o iki Sərkisyanın bir-birindən fərqi yoxdur. Eyni komandadırlar. Bizim saxta müxalifət isə prezidentdən it kimi qorxur, bunun qarşılığında gücləri baş nazirə, hökümətin dilsiz-ağızsız nümayəndələrinə çatır. "Dövlət məsciddən idarə olunmaz" deyən Zahid Oruc isə sübut elədi ki, Qurbanqulular belələrinin yanında min dəfə dürüst, ağıllı adamdır. Mirzə Cəlil isə öz zəmanəsinin Zahid Oruclarını görməzdən gələr, ancaq ilişdiyi adamlar axundlar, ruhanilər olardı. Halbuki Zahid Oruc ağlında ikinci adam ruhani, axund simasında yer üzünə heç vaxt gəlməyib, gəlməyəcək. 
Bəli, Paşinyan qiyam qaldırıb baş naziri qaçırtdı. Bununla bir daha sübut olundu ki, bizim saxta müxalifət saxtakarın yekəsidir. Çünki onlar da bir olub özlərinin olmayan tərəfdarlarını küçələrə töküb Arturun və onun qoca dostlarının getmələrini tələb edə bilərdilər. Nəzərə alsaq ki, Paşinyan tək müxalifət lideri kimi ortalığa düşüb, bizimkilər beş-altı nəfər idi. Amma bacarmazlar. Çünki bizdə hər sözü İlham Əliyev deyir. Əlaltıları isə ancaq yalaqlıqla məşğuldur. 
Mirzə Cəlil sağ olsaydı elə bilməyin ki, belə yazardı: "Zahid Orucun yanından keçirəm, deyir dövlət məsciddən idarə olunmaz, mən öz seçicilərimi İlham Əliyevə səs verməyə çağırıram. Paşinyanın yanından keçirəm, deyir ki, erməni xalqı zalımlarla mübariə aparmalı, öz azadlığına qovuşmalı, ölkədə xalq hakimiyyətə gəlməlidir." Amma yazmazdı, çünki Zahid Oruc molla deyil axı.

  • Yazılıb
  • da (də) 2018 Apr 28
  • Göndərən مدير سايت Aran News