Tarix : 2018 Apr 28
Kod 55097

Yəmən Ənsarullahı: ABŞ Saleh Əs-Səmadı şəhid edib

Yəmənin Ənsarullah Hərəkatının yüksək səviyyəli rəsmisi deyib: Yəmənin Ali Siyasi Şurasının mərhum rəhbəri Saleh Əs-səmad ABŞ-ın təhlükəsizlik məsul şəxsləri tərəfindən şəhid edilib.
Arannews-Əl-Aləm televiziyasının məlumatına görə, adının açıqlanmasını istəməyən Yəmənin Ənsarullah Hərəkatının yüksək səviyyəli rəsmisi bildirib: Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Saleh Əs-Səmadın avtomobilini vuracaq belə Pilotsuz Uçan Aparata malik deyillər.

O əlavə edib: Əs-Səmad şəhid olmazdan öncə bildirmişdi ki, amerikalılar Ərəbistanın Yəmənin qərb sahillərində yerləşən əl-Hüdeydəni vurması ilə razıdırlar.

Yəmən Ənsarullahı Hərəkatının lideri Əbdülməlik Bədrəddin əl-Husi də bazar ertəsi günü bu ölkənin Ali Siyasi Şurasının sabiq sədri Saleh Əs-Səmadın şəhid edilməsinə reaksiyada ABŞ hökumətinin Saleh Əs-Səmadın terror edilməsində məsuliyyət daşıdığını bildirib və deyib: Bu cinayət cavabsız qalmayacaq.

Yəmən ordusu və xalq komitələri qüvvələrinin havadan müdafiə bölməsi Saleh Əs-Səmadın şəhadətindən bir neçə gün öncə əl-Hüdeydə səmasında Amerikanın modern MQ9 pilotsuz uçan aparatını vurmuşdu.

Yəmənin Ali Siyasi Şurasının mərhum sədri şəhid Saleh Əs-Səmad və onunla birlikdə şəhid olanlarla vidalaşma mərasimi sabah şənbə paytaxt Sənada Əş-Şüəb məscidində keçiriləcək.


  • Yazılıb
  • da (də) 2018 Apr 28
  • Göndərən مدير سايت Aran News