Tarix : 2018 Apr 29
Kod 55103

Yevlaxda məscid söküblər

Sosial şəbəkələrdə Yevlax rayonu yerləşən Aran qəsəbəsində sakinlərin yardımı ilə inşa edilmiş məscid söküldüyünü göstərən görüntülər yayılıb.

Arannews-FaktXəbər-in məlumatına görə, qeyd edilir ki, məscid 2 ay qabaq sökülüb və görüntüləri indi yaya biliblər.Yerli sakinlər bildirirlər ki, məscidin təməli 1992-ci ildə qoyulub və hazırlanan sənədlər Yevlax rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib və tikintiyə icazə verilib. Amma sonradan İcra Hakimiyyətdən gələrək məscidin vəhhabilər tərəfindən inşa edilməsi və radikal cərəyanın yayılacağını səbəb kimi göstərərək söküləcəyini bildiriblər.Əldə etdiyimiz məlumata görə, məscid 1996-cı ildən fəaliyyətsiz olub.Aidiyyatı qurumların mövqeyini öyrənməyə çalışacağıq.

  • Yazılıb
  • da (də) 2018 Apr 29
  • Göndərən مدير سايت Aran News