Tarix : 2018 Apr 29
Kod 55107

Səudiyyə on minlərlə yəmənlinin qatıldığı dəfn mərasimini aviazərbələrlə hədəfə alıb

Səudiyyə Ərəbistanı terror etdiyi yəmənli lider Saleh Səmmadın dəfninə gələn on minlərlə yəmənlini qorxutmaq üçün mərasimin keçirildiyi Səbin meydanının ətrafını bir neçə hava zərbələri ilə hədəfə alıb.
Arannews-İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki Səudiyyənin hərbi təyyarələrinin Səbin meydanının ətrafına hava zərbələrində ölən və yaralananlar var. 

Qeyd edək ki, Səudiyyənin terror etdiyi Saleh Səmmad Yəmən Ordusu və husilərin nəzarətində olan bölgələri idarə edən müvəqqəti hakimiyyətin prezidenti hesab edilirdi. O cari ayın 14-də hava zərbələri ilə terror edilib. 

Ötən gündə Səudiyyənin Sənaya endirdiyi digər hava zərbələri isə bir xəstəxananın tam dağılması ilə və eləcə də Yəmənin müdafiə nazirliyinin binasının xəsarət alması ilə nəticələnib.

 Yəmənlilər bu gün paytaxt Sənanın mərkəzi Səbin adlı meydanında izdihamlı dəfn mərasimi keçirirlər.

Xatırladaq ki, Yəmənin Ali Siyasi Şurasının sədri əl-Hudeyda əyalətində əhaliyə baş çəkən zaman Səudiyyə rejiminin təyyarələrinin hava zərbələrinə məruz qalaraq şəhid olub.

 Yəmən Ordusu o zaman bəyanat yayaraq bu haqda ölkə xalqına başsağlığı vermiş və Səudiyyə Ərəbistanına tutarlı cavabın veriləcəyini və intiqamın alınacağını vəd etmişdi.


  • Yazılıb
  • da (də) 2018 Apr 29
  • Göndərən مدير سايت Aran News