Tarix : 2018 Apr 29
Kod 55109

Türkiyə Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi

“Türkiyə Dağlıq Qarabağda əməliyyat apara bilməz. Bunun isə bir neçə səbəbi var“
Arannews-Hədəf14.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu Real TV-yə bu barədə danışıb

“Türkiyə Dağlıq Qarabağda əməliyyat apara bilməz. Bunun isə bir neçə səbəbi var“.Bu barədə Real TV-yə müsahibəsində Azərbaycanın İstanbuldakı keçmiş Baş konsulu Səyyad Aran məlumat verib.“Vəziyyətin özü mürəkkəbdir. Türkiyə NATO üzvüdür. Əgər Türkiyə Qarabağda hərbi əməliyyatlar keçirsə, NATO üzvü olan digər dövlətlər də Türkiyəyə dəstək verməlidir. Hərbi cəhətdən dəstək verməsə də sözdə məcburdur ki, Türkiyəni müdafiə etsin. Çünki eyni hərbi blokun nümayəndələridir.Ermənistanla müqaviləsi olan Rusiya da buna biganə qalmayacaq. Müqavilələrində qeyd olunur ki, 3-cü dövlət Ermənistana hücum edərsə hər iki dövlət eyni cəbhədə mövqe tutmalı, mübarizə aparmalıdır.

Bundan başqa, Türkiyə ordusunun Qarabağda hərbi əməliyyatlara başlaması beynəlxalq hüquqa ziddir”, - deyə Səyyad Aran qeyd edib.

 


  • Yazılıb
  • da (də) 2018 Apr 29
  • Göndərən مدير سايت Aran News