Yəmən ordusu və Ənsarullah qüvvələrinin havadan müdafiə sistemi Ərəbistana aid kəşfiyyat dronunu məhv edib.
Arannews-Yəmənin hərbi mənbələrindən birinin “Sputnik”-ə verdiyi açıqlamaya görə, bu dron Ərəbistanın cənub-qərb ərazisi olan Cazan əyalətində vurulub.Yəmənin havadan müdafiə sistemi bir neçə gün bundan öncə də Amerikya məxsus yüksək texnologiyaya malik MQ-9 tipli dronu Əl-Hudəydə səmasında məhv etmişdi.