Tarix : 2018 May 01
Kod 55120

Sionist nökəri olan İlham Əliyev rejimi daha bir günahsız mömini şərləyərək həbs etdi

Azərbaycan Respublikasını idarə edən allahsız İlham Əliyev rejiminin İslama qarşı fəaliyyətləri davam edir.

Arannews-“Truth NGO” xəbər verir ki, Azərbaycan Respublikasını idarə edən allahsız İlham Əliyev rejiminin İslama qarşı fəaliyyətləri davam edir. Belə ki, sionist nökəri olan Azərbaycan hakimiyyəti növbəti dəfə həyasızlığa əl ataraq daha bir mömin gənci şərləyərək “narkotik maddə ittihamı”  ilə həbs edib.İranın Qum şəhərində təhsil alan Cəlilabad rayon sakini – “SizinYol.com” saytının əməkdaşı, Mənəviyyat bölməsinin müxbiri Şamxal Eyvazov saxlanılıb. Bu barədə onun ailəsi məlumat verib. Bildirilir ki, Şamxal Eyvazov martın 16-da Astara sərhəd-keçid məntəqəsində saxlanılıb və Bakıya aparılıb. 3-4 gün sonra isə ona heç bir problem olmadığı deyilib:“Ancaq ölkədən çıxışına qadağa qoyulmuşdu. Şamxal özü təbabət üzrə təhsil alır. Hər gün də qadağanın götürüləcəyi deyilirdi. Aprelin 27-də isə narkotik ittihamı ilə saxlanılıb. Guya üzərindən 1 kq narkotik varmış”.Ailəsi Şamxal Eyvazovun müxalifətçi qohumlarına görə həbs olunduğunu desə də, onların adlarının açıqlanmasını istəmir. Şamxal Eyvazovun hazırda “Bandotdel” kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bildirilir:“Şamxal özü ictimai-siyasi fəaliyyətdən tamam uzaq adamdır. Elmə, təhsilə meyllidir, həkim olmaq istəyir. Mömindir. “Sizinyol.com” saytında mənəviyyatla, elmlə bağlı yazıları olurdu. Onun narkotiklə şərləyirlər. Müxalifətçi qohumlarına görə siyasi sifarişlə həbs ediblər. Bizdə olan son məlumata görə, artıq cinayət işi açılıb, işi Şöhrət adlı müstəntiq aparır. Ancaq Şamxal verilən ittihama imza atmaq istəmir. Yəqin ki, indi onu işgəncə, təzyiq altında saxlayırlar. İmza atması üçün işgəncə verilməsindən narahatıq”.

Gəncin ailəsi vəkillə danışıb, lakin həftəsonu olduğundan vəkil order almaq və Şamxal Eyvazovla görüşmək üçün bazar ertəsini gözləməyi lazım bilib.SizinYol.com saytı fəal əməkdaşı, mənəviyyat bölməsinin müxbiri Şamxal Eyvazovun hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının aidiyyatı orqanlarına müraciət edibYada salaq ki, 16 mart 2018-ci il tarixində Azərbaycana novruz tətilənə getmiş, ölkədən çıxışına qadağa qoyulmuş Şamxal Eyvazov  26 aprel 2018-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Cəlilabad məscidində həbs olunub və səhəri gün mətbuatda məlumat yayılıb ki, Şamxal Eyvazov 1 kq 277 q tiryəklə saxlanılıb.SizinYol rəhbərliyi bu ittihamı tam əsassız və sifarişli ittiham sayır. Belə böhtan xəbərləri yayan saytları qələmə sədaqətli olmağa, jurnalist ləyaqətini alçaltmamağa çağırır


  • Yazılıb
  • da (də) 2018 May 01
  • Göndərən مدير سايت Aran News