Tarix : 2018 May 01
Kod 55121

Sionist İsrailin Fələstin torpaqlarında tikdiyi evlərin sement və dəmirini Türkiyə verir

İsrail rejiminə ixrac edilən sement və dəmir polad ixracatında Türkiyə birinci sıradadır. Fələstin torpaqlarını işğal edən yəhudilərin evlərinin dəmir, polad və sementini Türkiyə verir.

Arannews-Fələstin torpaqlarını işğal edən sionist İsrail rejimi bu torpaqlarda qanunsuz yaşayış məntəqələrinin inşasına davam edir. Əldə edilmiş yeni və sarsıdıcı məlumatlara görə İsrailə ixrac edilən sement və dəmir polad materiallarının siyahısında Türkiyə ilk sırada yer alır. Bu məlumat Beynəlxalq Ticarət Mərkəzi tərəfindən açıqlanan statistikalarda göstərilib:İsrailin 2017-ci ildə idxal etdiyi 2,5 milyon ton sementin 1 milyon tonu Türkiyədən alınıb. Bu siyahıda ikinci yeri 954 bin tonla Yunanistan tutub.İsrailin 2017-ci ildə 1,2 milyard dollarlıq dəmir-polad idxalatının 45 faizi, yən milyon dolları Türkiyədən alınıb. Bu siyahıda ikinci yerdə 269 milyon dollarla Çin gəlir.Statistikaya görə, İsrail son 15 ildə 16,9 milyon tonluq sement idxalatının 9,8 milyon tonunu Türkiyədən əldə edib.

2002-2017-ci illər arasında 16 milyard dollar səviyyəsində həyata keçirilən İsrail demir-polad bazarının 5,2 milyard dollarlıq payını Türkiyə təmin edib.Məlumata əsasən İsraillə Türkiyənin ticarət əlaqələri 2010-cu ildə 9 türk vətəndaşının israil tərəfindən öldürüldüyü Mavi Marmara gəmisi hadisələrində də artaraq davam edib. Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatlarında qeyd olunub ki, 2009 ve 2010-cu illərdə 590 min ton səviyyəsində həyata keçirilən sement ixracatı, 2011-ci ildə 725 min tona artırılıb. Bu dövrdə İsrail ilə həyata keçirilən dəmir-polad ihracatında da ciddi artım baş verib. 2009-cu ildəki 213 milyon dollarlıq material, 2010-cu ildə 332 milyon dollara, 2011-ci ildə isə 437 milyon dolar səviyyəsinə artırılıb.


  • Yazılıb
  • da (də) 2018 May 01
  • Göndərən مدير سايت Aran News