Tarix : 2018 May 01
Kod 55124

Vəliəhd Fələstindən imtina etdi: Hədəf İrandır

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman Fələstin rəhbərliyini və şəxsən Mahmud Abbası İsraillə sülhdən imtinaya görə tənqid edib.

Arannews-Hədəf14.az xəbər verir ki, ABŞ-ın “Axios” portalı Məhəmməd ibn Salmanın Mahmud Abbası martın 27-də Nyu Yorkda yəhudi təşkilatları rəhbərləri ilə qapalı görüşü zamanı tənqid etdiyini yazıb.

Vəliəhd iclasda son onillər ərzində Fələstin rəhbərliyinin bir neçə sülh imkanını əlindən verdiyini və indi onların səslərini kəsib masaya oturmaq vaxtlarının çatdığını deyib.

Bin Salman hazırda Ər-Riyad üçün əsas prioritetin Fələstin yox, İran olduğunu da vurğulayıb.

 (Axar.az)


  • Yazılıb
  • da (də) 2018 May 01
  • Göndərən مدير سايت Aran News