Tarix : 2018 May 02
Kod 55133

Paşinyan bu gün baş nazir seçiləcəkmi

Ermənistan parlamenti yeni baş naziri müəyyənləşdirəcək

Arannews:faktxeber.com-Mayın 1-də Ermənistan parlamenti yeni baş nazir üçün səsvermə keçirəcək. FaktXəbər "Rossiya 24"ə istinadən bildirir ki, baş nazir vəzifəsinə yalnız bir nəfər - müxalifət fraksiyasının lideri Nikol Paşinyanın namizədliyi irəli sürülüb.
Parlamentin 3 fraksiyası artıq bəyan edib ki, Paşinyanı dəstəkləməyə hazırdırlar. Bu gedişlə müxalifət lideri mümkün 105 səsdən 47-ni təmin etmiş olub.
Baş nazirin seçilməsi üçün Paşinyana altı səs çatışmır. İstinsa deyil ki, hakim Respublika Partiyasının nümayəndələri bu səsləri təmin edə bilər. Lakin deputatlar arasında birmənalı razılıq hələlik yoxdur.

  • Yazılıb
  • da (də) 2018 May 02
  • Göndərən مدير سايت Aran News