Tarix : 2018 May 02
Kod 55135

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Ötən gün Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Arannews-İslaminSesi.info" bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, gün ərzində 98 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

 Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.


  • Yazılıb
  • da (də) 2018 May 02
  • Göndərən مدير سايت Aran News