Tarix : 2018 May 03
Kod 55136

Türkiyə prezidentliyinə namizədlərin adı bu tarixdə bəlli olacaq

24 iyun tarixində keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinə namizədlər bu həftə məlum olacaq.

Arannews-Türkiyənin Ali Seçki Şurasının təqvimi əsasında  siyasi partiyalarda prezident olmaq üçün iddialı namizədlər bu həftə açıqlanacaq. Məlumatda qeyd olunur ki, namizədlərin müraciətlərinə sabah baxılmağa başlayacaq.Seçicilər tərəfindən irəli çəkilən namizəd üçün lazım olan 100000 imzanın 4-9 may tarixləri arasında toplanması lazımdır. AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan olacaq. Ərdoğanın 4 may tarixində prezidentliyə namizədliyi rəsmən təsdiqlənəcək.CHP partiyasının nümayəndəsi Kemal Kılıçdaroğlunun tezliklə namizədlərini açıqlayacağı gözlənilir. HDP partiyası isə öz namizədini 4 may tarixində açıqlayacağını elan edib.

Modern.az 

  • Yazılıb
  • da (də) 2018 May 03
  • Göndərən مدير سايت Aran News