Tarix : 2018 May 03
Kod 55143

Bin-Salman Netanyahunun sözçüsü kimi danışıb fələstinliləri günahlandırdı: “İsraillə barış üçün onların şansı var idi”

“Son 40 ildə Fələstin rəhbərliyi fürsətləri və şansları əldən veriblər və onlara təklif edilənləri rədd ediblər. Vaxtı çatıb ki fələstinlilər təkliflərə razılıq verib danışıq masasına oturub, sakit dursun və şikayəti dayandırsınlar”

Arannews-Son 40 ildə Fələstin rəhbərliyi fürsətləri və şansları əldən veriblər və onlara təklif edilənləri rədd ediblər. Vaxtı çatıb ki fələstinlilər təkliflərə razılıq verib danışıq masasına oturub, sakit dursun və şikayəti dayandırsınlar”Bunu Səudiyyənin vəliəhdi Məhəmməd bin Salman ötən ay ABŞ-a səfəri çərçivəsində yəhudi lobbisi nümayəndələri ilə görüşərkən deyib.Bu barədə məlumatı verən, “Axios.com ” iddia edib ki, Səudiyyənin vəliəhdi Amerikada yəhudi icmaları ilə görüşü zamanı fələstinlilərin saziş üçün olan şansları bir neçə fövtə vermələrindən danışıb. Vəliəhd bildirib ki, fələstinlilər şikayəti dayandırmalıdırlar.Mənbənin iddiasına görə, Səudiyyənin vəliəhdi bəyan edib ki, onlar üçün prioritet məsələ Fələstin deyil, İran məsələsidir.Mənbə həmçinin iddia edib ki, Bin-Salman İsrail tərəfi qarşısında da tələblər irəli sürüb və fələstinlilərlə danışıqlarda irəliləyişin olacağı təqdirdə Səudiyyə ilə əlaqələrin normallaşacağının mümkün olacağını deyib.

 

  • Yazılıb
  • da (də) 2018 May 03
  • Göndərən مدير سايت Aran News