Tarix : 2018 May 04
Kod 55155

Əfv Komissiyasının növbəti iclası keçirildi

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Arannews- APA-ya istinadən  xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. 

Komissiyanın indiyədək keçirilən iclaslarında 800-dək müraciətə baxılıb.

 Qeyd edək ki, Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.


  • Yazılıb
  • da (də) 2018 May 04
  • Göndərən مدير سايت Aran News