Tarix : 2018 May 04
Kod 55156

Ərəbistanda kral sarayının mühafizəsi amerikalılara tapşırılıb

Ərəbistanda kral sarayının mühafizəsi amerikalılara tapşırılıb
Arannews-Ərəbistanın “Əl-Ümmə” İslam Partiyasının baş katibi Abdullah Salam “Təsnim”-ə verdiyi müsahibəsində ölkədə ictimai və siyasi durumun ağır olduğunu vurğulayaraq deyib ki, Ərəbistan lazım olan əsas islahatları aparmaqdan yayınmaq üçün qadınlara sürücülük haqqını tanımaq və kino-teatr açılmasına icazə vermək kimi işlərlərlə xalqın başını qatmağa çalışır.
Müxalifət lideri Ərəbistanda hələ də xalqın seçki hüququndan məhrum olmasını, kral ailəsinin təkbaşına qərar verməsini, ölkədə parlamentin olmasına qətiyyən icazə verilmədiyini, insan haqlarının kobud şəkildə pozulduğunu diqqətə çəkib.
Bir neçə gün bundan əvvəl kral sarayında baş verən silahlı qarşıdurma haqqında açıqlama verən partiya rəhbəri deyib: “Bu hadisə kral Salman və onun vəliəhdinin sarayları ilə dolu olan Əl-Xəzami məntəqəsində baş verdi. Həqiqət budur ki, baş vermiş hadisə xalqın hakim ailəyə qarşı geniş qəzəb və narazılığına işarə edir. Hakim ailə arasındakı ixtilaflar ictimailəşməsə də, faktiki olaraq bu hadisə çevrilişə cəhd idi. Doğrusu bu kimi hadisələrin baş verməsi ilk dəfə deyil. Bundan əvvəl də sabiq vəliəhd Məhəmməd bin Nayif tərəfindən çevrilişə cəhd baş tutmuşdu. Sarayda atışma axşam saat 6-da başladı və qarşıdurma yarandı. Amma çevriliş üçün lazım olan sayda adam yox idi. Ona görə də bu çevriliş də öncəki iki çevriliş kimi uğursuz oldu.
Bir neçə gün bundan əvvəl baş verən çevriliş hadisəsi Məhəmməd bin Nayifin tərəfdarları vasitəsilə həyata keçirildi. Dövlət bu barədə düzgün məlumat vermədi və məhkəmənin PUA barədə verdiyi məlumat da düz deyil. Hamı bilir ki, PUA-nın elə bir gücü yoxdur ki, onunla qarşılaşmaq üçün yüngül və yarı ağır silahlardan istifadə olunsun. Halbuki, yarı ağır silahlarla atışma bir saatdan çox çəkdi. Yəni axşam saat 6-dan 7-yə kimi. Saat 8-də hələ də atışma səsləri eşidilirdi. Bu şübhəsiz uğursuz çevriliş cəhdi idi.”
Abdullah Salam əlavə edib: “Bu hadisədən sonra elə həmin gecədən kral saraylarının hamısında sarayların daxilindəki mühafizəçilər çıxarıldı və onların yerinə Amerikanın “Akademiya” şirkətinə bağlı hərbi qüvvələr gətirildi. Bu şirkətin bütün üzvləri hamılıqla sarayların daxilindədir və orada heç bir ərəbistanlı mühafizəçi yoxdur.”
Xalqın dövlətdə siyasi islahatlar aparılması barədə gözləntilərinə işarə edən “Əl-Ümmə” partiyasının baş katibi deyib: “Təkbaşına hakimiyyət, yaxud mütləq monarxiya Ərəbistandan başqa dünyanın heç bir yerində mövcud deyil. Ərəbistanda insan haqlarının pozulması, daxili və xarici böhranların səbəbi bu ölkədə hakimiyyətin mütləq şəkildə bir nəfərin (kralın) əlində olmasıdır. Qərb də bu məsələni bilir, amma buna qarşı heç bir addım atmır. Çünki bu vəziyyəti idarə edən, Ali-Səud ailəsi deyil, qərb özüdür. Vəziyyət həddindən artıq pisdir. Xalqı bu ailənin hakimiyyətinə qətiyyən razı deyil, amma eyni halda ölkənin daxili müharibə səmtinə getməsini də istəmir.
Xalq hakim ailəyə qarşı çox qəzəblidir və bu qəzəb uzun müddətdir ki, davam edir. Çünki xalq həddindən artıq siyasi təzyiqlər altındadır və nəfəs ala bilmir. Onların hər hansı azadlığı qadağan olunub, alim və ziyalılar zindanlara salınıb, camiədə təsir qoya bilən hər bir şey tətil edilib. Hakim rejim başını itirib və daxili azadlıq istəklərinə cavab vermir.”
  • Yazılıb
  • da (də) 2018 May 04
  • Göndərən مدير سايت Aran News