Tarix : 2018 May 05
Kod 55160

Mehman Hüseynovun məhkəmə tarixi açıqlandı

Video-bloqqer Mehman Hüseynovun Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılacaq tarix açıqlanıb.

Arannews-“Qafqazinfo”nun verdiyi xəbərə görə, onun vəkili Fuad Ağayev bildirib ki, proses üzrə ilk iclas iyunun 5-di saat 15:30-da Ali Məhkəmədə keçiriləcək.Qeyd edək ki, M. Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət üzrə həbs edilib. Suraxanı rayon məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

  • Yazılıb
  • da (də) 2018 May 05
  • Göndərən مدير سايت Aran News