Tarix : 2018 May 05
Kod 55163

İraqda üç Azərbaycan R. vətəndaşı həbsə məhkum edilib

Azərbaycan Respublikası vətəndaşı olan üç qadın İŞİD terror qrupu ilə həmkarlıq ittihamı ilə İraqın mərkəzi məhkəməsi tərəfindən ömürlük həbsə məhkum edilib.

Arannews-İraqın Mərkəzi Cinayət Məhkəməsi İŞİD terror qrupu ilə həmkarlıqda ittiham edilən Azərbaycan Respublikası vətəndaşı olan üç qadının, bir neçə türkiyəli və özbək qadının işlərinə baxaraq, onları ömürlük həbsə məhkum edibdir.

İraqın Mərkəzi Cinayət Məhkəməsi bir neçə gün bundan öncə də Azərbaycan Respublikası vətəndaşı olan altı qadını bir neçə tacik və rus qadınla yanaşı, İŞİD terror qrupu ilə həmkarlıq ittihamı ilə ömürlük həbsə məhkum etmişdi. Bu qadınlar İraqın Neynəva vilayətinin Tələfər şəhərinin azad edilməsi zamanı bu ölkənin təhlükəsizlik qüvvələrinə təslim olmuşdular.

Azərbaycan Respublikasının dövlət təhlükəsizlik xidməti deyir ki, bu ölkənin 300-ə yaxın vətəndaşı İŞİD-ə qoşulub, terror döyüşlərində iştirak edərək, öldürülübdür.

Azərbaycan Respublikasının təhlükəsizlik rəsmiləri bundan öncə bu ölkənin 900 vətəndaşının İŞİD daxil olmaqla terror qruplarına qatılmasıdan xəbər vermişdilər.

  • Yazılıb
  • da (də) 2018 May 05
  • Göndərən مدير سايت Aran News