Tarix : 2018 May 05
Kod 55164

ABŞ Konqresinin nümayəndələri Azərbaycan baş naziri ilə görüşüb

ABŞ Konqresinin bir heyəti Azərbaycan Respublikasına səfərdə bu ölkənin yeni baş naziri ilə görüşərək danışıqlar aparıb.

Arannews-AzərTAc rəsmi informasiya agentliyinin məlumatına görə, Novruz Məmmədov ötən gün ABŞ Konqresinin heyəti ilə görüşdə deyib: Azərbaycan Respublikası ABŞ və Avropa Birliyi ilə münasibətləri gücləndirməkdə qətiyyətlidir. 

Azərbaycan Respublikası baş naziri Azərbaycanın Avropa Birliyi və ABŞ-la uğurlu münasibətlərinin inkişaf etdirilməsinə toxunaraq əlavə edib: ABŞ Konqresi heyətinin səfəri iki ölkə münasibətlərinin inkişaf etdirilməsi yollarının araşdırılması üçün münasib fürsətdir. 

Novruz Məmmədov Dağlıq Qarabağ münaqişəsinin işğalı, bu ölkə ərazisinin bir hissəsini işğal olunması, bir milyondan çox azərbaycanlının öz evlərindən qovulmasına toxunaraq deyib: İrəvanın qeyri-konstruktiv mövqeyinə görə, indiyədək Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. 

ABŞ Konqresi heyətinin rəhbəri Robert Qudlat da bu görüşdə bu ölkənin Azərbaycanla münasibətlərinin səviyyəsindən razılıq edərək, müxtəlif sahələrdə iki ölkənin əməkdaşlıqlarının davam etdirilməsinin vacibliyini vurğulayıb

  • Yazılıb
  • da (də) 2018 May 05
  • Göndərən مدير سايت Aran News