Tarix : 2018 May 05
Kod 55165

İranın nüvə proqramı ilə bağlı informasiyaların Bakı tərəfindən ötürülməsi təkzib olunub

Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü İranın nüvə proqramı ilə bağlı informasiyaların Azərbaycan Respublikası ərazisindən ötürülməsinə dair xəbər və məlumatları saxta adlandırıb.

Arannews-Azərbaycan Respublikası xarici işlər nazirliyinin sözçüsü Hikmət Hacıyev Azərtac müxbirinin "İranın nüvə proqramı ilə bağlı informasiyaların Azərbaycan Respublikası vasitəsilə yayılmasına dair bəzi xarici medialarda yayılmış xəbərlər barədə nə deyə bilərsiniz?" sualının cavabında belə deyib: Bu barədə yayılmış məlumatlar Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən ciddi şəkildə araşdırılıb və mən qətiyyətlə deyirəm ki, bu xəbərlər heç bir vəchlə düz olmayıb, saxtadır.

  • Yazılıb
  • da (də) 2018 May 05
  • Göndərən مدير سايت Aran News