Tarix : 2018 May 05
Kod 55166

Fələstin xalqının "Qayıdış haqqı" yürüşü davam edir

Qəzzə zolağında minlərlə fələstinli "fəhlələr cüməsi" adı altında "Qayıdış haqqı" yürüşünün altıncı cüməsində iştirak edib.

Arannews-Fələstinlilər bu aksiyada iştirak edərək, BMT Təhlükəsizlik Şurasının 194 saylı qətnaməsini vurğulayıblar. Bu qətnamə 11-ci bənddə fələstinli didərginlərin öz torpaqlarına geri dönmələri haqqını vurğulayıbdır."Fəhlələr cüməsi" aksiyasında on fələstinli sionist rejim hərbçilərinin atəşləri nəticəsində yaralanıb və bir qrup fələstinli də gözyaşardıcı qazla tənəffüs nəticəsində boğuntu halında düşübdür.

Belə bir halda, fələstinli mənbələr bildiriblər ki, fələstinli gənclər 300-dən çox çərpələng hazırlayaraq, bugünkü aksiyada kağız çərpələnglərə yandırıcı maddələr bağlamaqla onları havaya buraxmaq niyyətindədirlər.

Bu məsələdən son dərəcə hiddətlənmiş sionist rejimin məsul şəxslərindən bir qrupu bu çərpələngləri Qəzzə zolağında buraxan gənclərin terror edilmələrini istəyibdir.

Cari il martın 30-da başlanmış "Qayıdış haqqı" yürüşü sionist hərbçilərin cinayətlərinə rəğmən, saxta sionist rejimin təşkilinin ildönümü gününədək davam etməlidir.

İndiyədək bu aksiyada beş uşaq və iki müxbir daxil olmaqla əlli fələstinli şəhid olub. Təqribən 7 min nəfər də yaralanıbdır.

  • Yazılıb
  • da (də) 2018 May 05
  • Göndərən مدير سايت Aran News