Tarix : 2018 May 06
Kod 55174

Bakının bu qəsəbələrində əhali boğulur

Bakının bu qəsəbələrində əhali boğulur - ŞİKAYƏT

Arannews-Hədəf14.az xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli, Neftçilər, Bakıxanov kimi ərazilərində ötən gün axşam saatlarında havanın çox ağır olduğu barədə məlumat yayılıb. Bəzi İstifadəçilər ürək bulanmasından və baş ağrısından şikayətləniblər.

 

Onlardan bəziləri bunun yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olduğunu, digərləri havanın çirklənməsi ilə əlaqələndiriblər. Bəzi istifadəçilər bunun hətta “kimyəvi hücum” olduğunu yazıblar.

 

İstifadəçilər evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.

 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev oxu.az-a açıqlamasında bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb: “Sakinlər aidiyyəti üzrə müraciət etsinlər. Bundan sonra həmin əraziyə əməkdaşlarımız göndəriləcək və məsələ yerində araşdırılacaq”.


  • Yazılıb
  • da (də) 2018 May 06
  • Göndərən مدير سايت Aran News