Ürək cərrahiyyə əməliyyatı xəstənin döş qəfəsi yarılmadan və video kadrların köməyi ilə ürək dəhlizində həyata keçirilir
Iran Sewrvisi/Aran Agentliyi
İran Endoskopik ürək cərrahiyyə əməliyyatının genişləndirilməsi ilə, bu ölkə ürəyin mürəkkəb cərrahiyyə əməliyyatlarına görə inkişaf etmiş ölkələr sırasına keçdi.
İran xəbər telekanalının verdiyi məlumata görə, bu növ cərrahiyyə əməliyyatı Tehran və Şiraz (İranın cənubu) şəhərlərində keçirilir. Ürək cərrahiyyə əməliyyatı xəstənin döş qəfəsi yarılmadan və video kadrların köməyi ilə ürək dəhlizində həyata keçirilir.
Döş qəfəsini yararaq ürək cərrahiyyə əməliyyatı ilə müqayisədə endoskopik ürək cərrahiyyə əməliyyatında daha az ağrı hiss olunur.
Bu növ cərrahiyyə əməliyyatı ürəyin içəri dəhlizində və bu iki dəhliz arasındakı dəliyi bağlamaq üçün istifadə olunur ki, indiyə qədər yalnız Amerika və Avropa ölkələrinin bəzisinin ixtiyarında idi.