Tarix : 2018 May 06
Kod 55181

Ayətullah Sistani İraq seçkiləri haqda bəyanat verib – O kimi dəstəkləyir

Ayətullah Sistani bu parlament seçkilərində hər hansı bir namizədin adını çəkməyib və bildirib ki, bütün siyasi cərəyanlara baxışı eynidir və heç bir cərəyanı xüsusi şəkildə dəstəkləmir.

Arannews-İslaminSesi.info Sumariya Agentliyinə istinadla xəbər verir ki, Ayətullah Sistaninin nümayəndəsi Əbdül-Mehdi Kərbəlayi ötən gün cümə namazı xütbələrində Ayətullah Sistaninin 12 mayda İraqda keçiriləcək parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayan bəyanatı oxuyub. 

Ayətullah Sistani qiraət edilən bu bəyanatda ölkə xalqından istəyib ki, korrupsiyadan uzaq olan layiq şəxslərə səs versinlər və öncəki zamanlarda bu məsələlərdə xalqın imtahanından keçə bilməyən insanlara səs verməsinlər. 

Ayətullah Sistani qarşıda gələn seçkilərlə bağlı əsasən 3 məqama toxunub. O bildirib ki qarşıdakı seçkilərdə əcnəbilərin müdaxiləsi qəbuledilməzdir, bütün səs verən vətəndaşların səsi möhtərəm və məqbul hesab edilməli, həmçinin seçkilərdə saxtakarlığa yol vermək qeyri məqbul hesab edilməli və bu işi görənlər cəzalandırılmalıdırlar.

 Ekspertlər bildirir ki, ayətullah Sistaninin bəyanatının bu qismi ölkənin siyasi gələcəyi üçün əsas yol xəritəsini formalaşdırır:

 Ayətullah Sistani deyib:

 “Diktatura süqut edəndən indiyə qədər dini mərcəiyyət həmişə səy edib ki, onun yerində təkqütblü olmayan siyasi sistem qərarlaşsın və siyasi iqtidarın birindən digərinə keçməsi dinc yolla, azad və sağlam seçkilərlə həyata keçirilsin. Çünki dini mərcəiyyət düşünür ki, əgər azadlıq, vətəndaş ləyaqəti, inkişaf və çiçəklənmə ilə birgə olan gələcəyi istəyiriksə, bundan başqa yolumuz yoxdur”

  • Yazılıb
  • da (də) 2018 May 06
  • Göndərən مدير سايت Aran News