Tarix : 2018 May 07
Kod 55184

Əl-İbadi İŞİD-in Suriyadakı mövqelərinə hücum əmri verib

Suriya və İraqın terrorizm ilə mübarizədə yüksək səviyyədə koordinasiyasından sonra İraq baş naziri Heydər Əl-İbadi Suriya ərazisindəki İŞİD terrorçularının mövqelərinə qarşı hücum əmri verib.

Arannews-Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraq baş nazir ofisi bildirib ki, bu ölkənin hava qüvvələri Heydər Əl-İbadinin əmri əsasında Suriyanın şimal şərqində Əddəşişə bölgəsinin cənubunda İŞİD terrorçularının mövqelərini bombalayıb. İraqın müştərək əməliyyat baş qərargahının sözçüsü Yəhya Əzzübeydi də deyib: İraq qüvvələri Suriya dövləti ilə koordinasiyada olaraq Suriya torpaqlarındakı İŞİD terrorçularını təqib edəcək. Ötən apreldə də müştərək əməliyyat qərargahı heydər Əl-İbadinin əmri ilə İŞİD terrorçularının Suriyadakı mövqelərini məhv etmişdilər. İraq ilə Suriyanın həmsərhəd bölgələrinin strateji əhəmiyyətini nəzərə alaraq İŞİD terrorçuları hələ də bu bölgələrə qayıtmağa cəhd göstərirlər. 

  • Yazılıb
  • da (də) 2018 May 07
  • Göndərən مدير سايت Aran News