Tarix : 2018 May 07
Kod 55186

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

Ötən iki gündə Azərbaycanın daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Arannews:faktxeber.com-Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 5-dən 7-dək ölkədə 184 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Ölkənin avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.


  • Yazılıb
  • da (də) 2018 May 07
  • Göndərən مدير سايت Aran News