Tarix : 2018 May 07
Kod 55191

Əfv sərəncamının imzalanması gözlənir

Bu günlər Azərbaycanda əfv sərəncamının imzalanması gözlənir. Prezident yanında Əfv Məsələləri Komissiyasının iclaslarının tez-tez keçirilməsi və üzvlərin mətbuatda səsləndirdikləri açıqlamaları da bu yöndə fəaliyyətdən xəbər verir.

Arannews-Hüquq müdafiəçisi Oqtay Gülalıyev hesab edir ki, Əfv Komissiyasının iclaslarına diqqət siyasi məhbus sayılan şəxslərlə bağlıdır.Ancaq Oqtay Gülalıyev ölkədə siyasi məhbus sayılan şəxslərin əfv sərəncamları və Amnistiiya Aktları ilə azadlığa buraxılmalarını doğru saymır:"Əfv sərəncamları siyası məhbus problemini həll etmir. Çünki siyasi məhbuslar siyasi baxışlarına görə şərlənərək həbs ediliblər. O baxımdan siyasi məhbuslar qeyd-şərtsiz azadlığa buraxılmalıdır”Oqtay Gülalıyevin sözlərinə görə, əfv sərəncamları və Amnistiya Aktlarının siyasi məhbus problemini həll etmədiyini ötən 20 ilin təcrübəsi göstərib. O.Gülaliyevin fikrincə, əksinə son illər siyasi məhbus sayılan şəxslərin sayı özünün ən yüksək həddinə çatıb.O, əfv fərmanından ciddi bir şey gözləmədiyini deyir:“Amma hökumət təmsilçilərinin, müdafiəçilərinin açıqlamalarına, yayılan məlumatara əsasən Cümhuriyyətin 100 illiyi və digər məsələlərə görə siyasi məhbusların azadlığa çıxması gözlənilir. Amma bu deyilənlərin nə dərəcədə real olacağını və siyasi məhbus probleminə necə təsir göstərəcəyini indidən söyləmək çətindir”.Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev isə ümid edir və inanır ki, prezident mayda əfv sərəncamı imzalaya bilər.“Müraciətə baxarkən cinayətin xarakteri, məhkumun islaha meylli olması,...”

O, xatırladıb ki, komissiyanın fevraldan başayan iclaslarında minlərlə müraciətə baxılıb, onların hər biri hərtərəfli araşdırılıb, müvafiq rəylərlə qərarlar qəbul olunub:“Müraciətlərə baxılarkən hər hansı fərq qoyulmayıb. Bəzi hallarda hansısa fərqliliyin olması haqda fikirlər səslənir. Hər kəsin qanun qarşısında bərabərlik prinsipi var, ona görə heç bir fərq qoyula bilməz. İclaslarda hər bir şəxs fikrini müdafiə edə bilir. Heç şübhəsiz ki, bir çox meyarlar nəzərə alınır və bu, Əfv Komissiyasının əsasnaməsində də göstərilir. Ağır və xüsusilə ağır cinayətlərə, haqqında qanuni hökmün qüvvəyə mindiyi adamların müraciətlərinə gəlincə, onların yarıdan çoxunun cəzasını çəkməsi vacibdir. Bu halda müraciət hüququ yaranır. Az ağır cinayətlərdə məhbus cəzasının üçdə birini çəkdikdən sonra müraciət etmək hüququna malik olur. Ömürlük cəzaya məhkum olunmuş şəxslər isə ən azı 10 il cəza çəkdikdən sonra müraciət edə bilərlər. Müraciətə baxarkən cinayətin xarakteri, məhkumun əməyə münasibəti, islaha meylli olması, davranışları, ailə durumu, zərərçəkmişin mövqeyi, dövlətin və ictimaiyyətin maraqları nəzərə alınan amillər sırasındadır”Yaxın günlərdə komissiyanın iclasının işini başa çatdıracağını deyən Əliməmməd Nuriyev rəylərin tövsiyə xarakteri daşıdığını da bildirib:“Rəylər cənab prezidentə təqdim olunur, ondan sonra əfv sərəncamının imzalanması ilə bağlı vaxtı və daxil olan şəxslərin dairəsini ölkə başçısı müəyyən edəcək. Güman edirəm ki, Cümhuriyyətimizin 100 illiyi (28 may) ərəfəsində cənab prezidentin əfv sərəncamı ilə insanları, ailələri sevindirməsinin şahidi olacağıq”.(azadliq.org)

  • Yazılıb
  • da (də) 2018 May 07
  • Göndərən مدير سايت Aran News