Tarix : 2018 May 08
Kod 55195

Avropa Məhkəməsi hökumətdən Emin Hüseynovla bağlı izahat istəyir

Avropa İnsan Haqları Məhkəməsi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynovun Azərbaycan vətəndaşlığından çıxarılmasıyla əlaqədar hökumətə sorğu göndərib.

Arannews-İsveçrədə sığınacaq alan jurnalist Azərbaycan vətəndaşlığından çıxarılması məsələsini məhkəmədə mübahisələndirir. O, ərizəsindən vətəndaşlıqdan çıxmağa məcbur edildiyini yazıb. E.Hüseynov Avropa Konvensiyasının 8 (şəxsi və ailə həyatına hörmət), 10 (ifadə azadlığı), 13 (səmərəli hüquqi müdafiə vasitələrindən istifadə) və 18-ci (hüquqların Konvensiyadan kənar məqsədlər üçün məhdudlaşdırılması) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu bildirib.Avropa Məhkəməsi Azərbaycan hökumətinə həmin pozuntuların baş verib-verməməsiylə bağlı suallar göndərib.

Azadliq.info

  • Yazılıb
  • da (də) 2018 May 08
  • Göndərən مدير سايت Aran News