Tarix : 2018 May 08
Kod 55199

İsrail parlamentinin deputatının nəvəsi 5 kq kokainlə həbs olundu

İsrail mediası "Yaadut Tora" partiyasından deputat olan Menxaem Eliezer Mozesin nəvəsinin külli miqdarda narkotik maddə ilə həbs olunduğundan xəbər verir

Arannews-İslamazeri.com "The Times of İsrael"ə istinadən xəbər verir ki, "Yaadut Tora" partiyasından deputat olan Menxaem Eliezer Mozesin nəvəzsi bir neçə gün öncə külli miqdarda narkotik maddə ilə həbs olunub. Belə ki, bu haqda bu gün yerli 10-cu İTV telekanalı məlumat yayıb. Qeyd edilir ki, deputatın nəvəsi Barux Kleyn Belçikadan gələn kimi həbs olunub. Məlumata görə, hava limanında o gömrük əməkdaşları tərəfindən əşyalarının yoxlanması üçün xidməti otağa dəvət edilib və çox sayda alkoqol içkilərlə yanaşı 5kq kokain narkootik maddəsi çantasından aşkar edilərək götürülüb.

 22 yaşlı Kleynin alkoqol içkisinin də sonrakı araşdırmadan sonra sulu narkotik maddə olması üzə çıxıb.Yerli KİV qeyd edir ki, Təl-Əviv aeroportunda hər gün 5 nəfər qaçaqmalçılıq yolu ilə narkotik daşınmasına cəhdə görə həbs olunurlar.

  • Yazılıb
  • da (də) 2018 May 08
  • Göndərən مدير سايت Aran News