İnsident nəticəsində maşında olan iki əsgər xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə Silahlı Qüvvələri və PKK terror təşkilatı arasında növbəti dəfə atışma baş verib. PKK terror təşkilatı üzvləri Girəsun vilayətində axtarış aparan daxili qoşun hissələrinə silahlı hücum ediblər. İnsident nəticəsində maşında olan iki əsgər xəsarət alıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Həkimlər yaralılardan birinin vəziyyətinin ağır, digərinin isə qənaətbəxş olduğunu söyləyib.
İnsidentdən dərhal sonra ərazidə geniş miqyaslı əməliyyata start verilib. Hazırda türk qoşun hissələri əsgərlərə atəş açan PKK üzvlərinin kimliyini və neçə nəfər olduğunu araşdırmaqla məşğuldur. Girəsun vilayəti rəhbərliyi əraziyə gələn ölkə vətəndaşlarını diqqətli olmağa çağırıb