Tarix : 2018 May 08
Kod 55201

Natiq Cəfərli: "Paşinyan Qarabağla bağlı daha sərt bəyanatlar verdi, çox ciddi problemlər yaşana bilər"

Ermənistanda vəziyyət nə yerdədir? Bundan sonra nələr gözlənilir. Baş verənlər Dağlıq arabağ münaqişəsində hansı rolu oynaya bilər

Arannews-Bu və digər suallarımıza cavab almaq üçün Hədəf14.az olaraq İqtisadçı ekspert  Natiq Cəfərliyə müraciət etdik.

Natiq m, Ermənistanda baş verən son proseslərlə bağlı nə deyə bilərsiniz?  Bunların nəticəsi necə ola bilər və qarşıda nələr gözlənilir?

“Natiq m əslində Ermənistanda gedən prosesləri Azərbaycan cəmiyyəti olaraq, dövlət olaraq siyasi təşkilatlar olaraq diqqətlə izləməliyik. Bizim həm torpaqlarımızı işğal edən dövlətdir, həm də orda gedən proseslərin ümumilikdə gələcəkdə  regional vəziyyətə təsirlərinin olacağını düşünürəm. Baş verən proseslərin ilkin səbəblərini gərək anlayaq. Sarkisyan növbəti dəfə xalqı aldatdı deyə çox ciddi təpki ilə qarşılaşdı. Çünki parlament respublikasına keçərkən (ermənistan parlament respublikasına keçib yeri gəlmişkən) prezident səlahiyyətləri orda simvolik xarakter daşıyır. Prezidenti parlament seçir və ciddi səlahiyyətləri yoxdur. Parlament respublikası olduğu üçün Baş Nazir böyük səlahiyyətlərə malik olacaq əvvəlki illərdən fərqli olaraq. Sarkisyan elan etmişdi ki, Parlament respublikasına keçidbaş versə belə o öz namizədliyini irəli sürməyəcək, Baş Nazir postuna iddialı olmayacaq və bununla bağlı dəfələrlə açıqlaması olmuşdur. Ancaq seçkilər bitdikdən sonra parlamentdə çoxluq təşkil edən Sarkisyanın Respublikaçılar Partiyası Sarkisyanın namizədliyini irəli sürəcəyini elan etdilər. Sarkisyan da bunu təsdiqlədi. Namizəd olacağını və bunu da guya xalqın gələcəyi üçün etdiyini elan etdi. Parlamentdə seçkilər keçirildi. Səs çoxluğu həmin partiyada olduğu üçün parlamentdə Baş Nazir kimi Sarkisyan təsdiq olundu. Bu çox ciddi qəzəbə səbəb oldu. Çünki Sarkisyan artıq neçə illərdi ki, hakimiyyətdə təmsil olunub. 10 il prezident idi,ondan əvvəl də yüksək vəzifələri icra edən biri idi. ona görə çox ciddi təpki yarandı cəmiyyətdə. Nikol Paşinyan-parlamentin deputatı (7deputatları var parlamentdə)  parlamentin içindən başlatdığı  etirazı küçələrə çıxartmağa nail oldu. Mənə elə gəlir ki, hər şey bu qədər sadə də deyildi, çünki ermənistanda iki böyük klanın rəqabətinin şahidi oluruq uzun illərdir. Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən sonra Qarabağdan gələn ermənilər yəni Qarabağ klanı hakimiyyəti ələ keçirmişdi və uzun illərdir təqribən  90-cı illərin ortalarından Ermənistanda hakimiyyətdə bu klandır. Sarkisyandan qabaq iki dəfə Köçəryan prezident oldu. O da Qarabağ klanının nümayəndəsi idi. Bu yerli ermənilərin yəni obrazlı desək Irəvan ermənilərinin ciddi etirazına səbəb oldu. Illərdir bu narazıçılıq yığılırdı daxildən. Mənə elə gəlir ki, bu Paşanyanın başlatdığı bu hərəkat klanlararası davanı da qızışdırdı və Ermənistan klanı (yerli ermənilər) Qarabağ klanının hakimiyyətdə qalmasını istəmədilər. ona görə də Paşinyana maliyyə dəstəyi oldu. Həm güc strukturlarının işə qarışmaması üçün hakimiyyətdə olan ermənistan klanı basqılar qurdu nə ordu, nə polis b işə qarışdı. Bu da Paşinyanın başçılığı ilə xalq hərəkatının demək olar ki , qələbəsi ilə başa çatdı. Çox güman ki, mayın səkkizində Paşinyan  Baş Nazir seçiləcək. Amma nə qədər vəzifədə qalacaq onu demək çətindir çünki çox impulsiv siyasətçiyə oxşayır.  Hələ ki, normal planı, proqramı açıqlanmayıb. Hətta Qarabağla bağlı daha sərt bəyanatların verildiyinin şahidi olduq son zamanlarda. Çox ciddi problemlər yaşana biləcək gələcəkdə. Burada Rusiyanın durumu çox maraqlı idi. Rusiya demək olar ki, heç bir işə qarışmadı. Bunun iki səbəbi ola bilər. Bir səbəbi bu ola bilər ki, Sarkisyan çox arxayın idi özünə və Rusiyanı da arxayın saldı ki, heç nə dəyişən deyil. Problemi daxildə özümüz çözəcəyik.  İkinci daha qlobal səbəb odur ki, Rusiyadan o qədər asılıdır  ermənistan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən Kreml üçün əhəmiyyəti yoxdur  hakimiyyətdə  kimin olmasının. Hakimiyyətdə kim olur olsun Rusiya ilə anlaşmasa, obrazlı şəkildə desək yola getməsə onun hakimiyyətdə qalması mümkün deyil. Bunu dəfələrlə Rusiya sübut edib. 1990cı illərin sonlarında parlamentdə qırğınlar törətməklə bunu sübut edib.  2008ci ildə küçədə yenə etirazlar var idi . Sarkisyan ilk dəfə seçilərkən ciddi müdaxilə olundu. 10 nəfər insan həlak oldu mitinqlərdə. O zaman biz müdaxiləni gödük ancaq bu dəfə müdaxilə etmədi. Çox güman Sarkisyan daha arxayın idi, belə kütləvi aksiyanın olacağını düşünmürdü. Həm də Rusiya anlayır ki, Paşinyan da olsa başqa biri də olsa Rusiya ilə anlaşmasa Rusiyanın maraqlarına cavab verən siyasət yürütməsə orda hakimiyyətdə qalmaq mümkün deyil”.

Red: Dağlıq Qarabağ münaqişəsinin həllində bir dəyişiklik ola bilərmi sizcə?

“Qarabağla bağlı bunu deyə bilərəm ki, mən ciddi bir dəyişikliyin olacağını düşünmürəm. Çünki Qarabağla balı iki həll planı təklif olunub. İki planda da bizə ziyan tərəflər olsa da birinci planda yəni mərhələli həll planında üstünlüklər də var. Biz əvvəlcə tələb edirik ki, işğal altında olan Qarabağ ətrafında olan rayonlar ilkin mərhələdə beş rayon, sonrakı mərhələlərdə Laçın və Kəlbəcər daxil olmaqla yeddi rayon işğaldan azad olunsun. Sonra da Qarabağın statusu ilə bağlı danışıqlar başlanılsın. Amma Ermənistan tərəfi bunu qəbul etmir. Ya Qarabağ müstəqil olmalıdır, ya da ermənistana birləşdirilməlidir. Bunu da təbii ki, Azərbaycan, yəni biz qəbul etmərik. Rusiyanın da marağı burda odur ki, münaqişə uzun zaman həll olunmasın. Yəni münaqişənin həlli Rusiyanın  Ermənistana və Azərbaycana təsiri zəiflədə bilər. Ona görə də Rusiyanın da marağı bundadır ki, konflikt uzandıqca uzansın. Düşünmürəm ki, Paşinyan hakimiyyətə gəldikdən sonra və yaxud da Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qarabağ məsələsində hər hamsı ciddi bir irəliləyiş olsun”.

Red: Belə çıxır ki, ümidimiz qalır ki, müharibə yolu ilə torpaqlarımızı azad etməliyik, danışıqlar sülh yolu ilə gözlənilmir?

“Təbii ki, güclü ordusu olmasa Azərbaycanın və torpaqların güc yolu ordu ilə azad olunması istəyi görsənməsə dünyada bu məsələnin həlli çətin  görsənir. burda da problem ondan ibarətdir ki, Azərbaycan təlcə ermənistanla üzbəüz qalmayıb. Tək ermənistanla üzbəüz olsa idi son zamanlar Azərbaycan ordusu kifayət qədər gücləmib, problemi həll edə bilərdi. torpaqları da azad edərdi. ermənistan Kollektiv Təhlükəsizlik Şurasının üzvüdür və Rusiyanın hərbi bazaları var ermənistanda. bağladıqları müqaviləyə görə ermənistanın apardıöı hər hansı bir hərbi münaqişədə Rusiya tərəf kimi iştirak etməlidir. bu o deməkdir ki, sabah müharibə olsa biz Rusiya ilə də üzbəüz qala bilərik. buna görə də müharibə yolu ilə həlli çox çətindir. Amma hər halda güclü ordumuzun olması çox vacibdir şərtlərdən biridir. əslində münaqişənin hibrid yolla həlli daha pnəmlidir. həm siyasət, həm diplomatik, həm hərbi Azərbaycanın iqtisadi üstünlükləri qazanması, əhalıinin daha yaxşı yaşaması betün bunlar paralel olmalıdır ki, münaqişənin həlli yolunda irəliləyiş əldə olunsun”.

Xatun Etibarqızı

 

  • Yazılıb
  • da (də) 2018 May 08
  • Göndərən مدير سايت Aran News