Tarix : 2018 May 09
Kod 55205

Çovdarov məhkəməyə həkimlərin müşayiətilə gətirilib

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

Arannews-faktxeber.com-Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə hakim Faiq Qasımovun sədrliyi ilə baxılır. Prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.A. Çovdarov məhkəməyə həkim müşayiəti ilə gəlib. Onun vəkili Kamandar Nəsibov vəsatətlə çıxış edərək, cinayət işində dövlət sirri təşkil edən məlumatlar olduğu üçün prosesin qapalı keçirilməsi haqqında vəsatət qaldırıb.A. Çovdarov vəkili ilə razılaşaraq, prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə verilən vəsatəti təmin edib, jurnalistlər zaldan çıxarılıb.Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov və digərlərinə hökm elan olunub.Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

  • Yazılıb
  • da (də) 2018 May 09
  • Göndərən مدير سايت Aran News