Tarix : 2018 May 09
Kod 55211

Suriya ordusu İŞİD-in Həmah ətrafındakı geniş hücumunu dəf edib

Suriya ordusu təkfirçi-terrorçu İŞİD qrupunun Həmah vilayətinin Səlmiyyə məntəqəsinin ətrafına qarşı geniş hücumunu dəf edib.

Arannews-Bu hücum elə bir halda həyata keçirilir ki, silahlı şəxslərin Humsun şimal ətrafları və Həmahın cənubundan çıxmalarına nəzarət edən razılaşmanın bəndlərinin icrası çərçivəsində Suriya dövləti silahlı şəxslərin tank, raket platformaları, minomyotlar və zirehli avtomobillərə şamil olan ağır və yarımağır texnikasını onlardan təhvil alıbdır.Bir suriyalı zabit İŞİD-in Səlmiyyəyə qarşı hücumu barədə deyib: İŞİD-çilər Suriyanın ordu qüvvələri və bu orduya kömək edən qüvvələrlə atəşkəs razılaşmasını imzaladıqları elə həmin gecədə razılaşmaları və atəşkəsi pozdular, zira imzalanmış razılaşmaları qoruyacaq heç bir qanun-qaydaya malik deyildirlər. Onlar bir çox hallarda Səlmiyyənin ətrafında ordunun, silahlı qüvvələrin, milli müdafiə qüvvələrinin və yardımçı qüvvələrin mövqelərinə qarşı geniş hücumlar ediblər, amma bizim cəsur qüvvələrimizin, milli müdafiə qüvvələrinin və yardımçı qüvvələrin fədakarlıqları və müqavimətlərinə görə, bu hücumları dəf edə bildik və Həmah-Səlmiyyə şose yolunu kəsmək üzrə hədfələrinə çatmalarına icazə vermədik. Bu hücum dəf edildi, onları konkret xətlərdə dayandırdıq və irəliləmələrinə yol vermədik.

  • Yazılıb
  • da (də) 2018 May 09
  • Göndərən مدير سايت Aran News