Tarix : 2018 May 09
Kod 55212

Ruhani:Bundan sonra ƏMTP 1+5 razılığı deyil İranla 5 ölkənin razılığı sayılmalıdır

ABŞ prezidenti Donald Trampın bu gecə ölkəsinin Əhatəli Müştərək Təşəbbüs Proqramindan çıxdığını elan etməsindən dərhal sonra İran İslam Respublikasının prezidenti Həsən Ruhani canlı televiziya çıxışında məsələyə münasibət bildirdi.

Arannews-Trampın verdiyi qərar İrana qarşı bir psixoloji müharibə idi və bizim qəhrəman xalqımız bu psixoloji müharibədən təsirlənməyəcək".Ruhani deyib:Bu an etibari ilə ƏMTP  1+5 razılığı deyil İranla 5 ölkənin razılığı sayılmalıdır.İran Milli Təhlükəsizlik Şurasının sədri deyib:Beynəlxalq  Atom Enerjisi Agentiliyinin də açıqladığı kimi İran höküməti ƏMTP qarşısında bütün öhdəliklərini yerinə yetimişdir və bugün biz beynəlxalq öhdəliklərə əməl etməyən tərəfin hansi tərəf olduğunu görürük.

İİR prezidenti deyib:İran xalqı bu dəqiqələrdə şahid oldu ki,Trampin mövqeni dəstəkləyən yeganə rejim legetimsiz sionist rejimi idi.O isə bizim nüvə alimlərimizi şəhid etmiş və siyasi tarixi və həyatı region xalqları və xüsusən də məzlum Fələstin xalqına qarşı zülm və cinayətdən boş olmamış bir rejimdir.

Prezident deyib:Mən xarici işlər nazirliyinə gələn həftələr ərzində Avropa ölkələri,Çin və Rusiya ilə lazımı müzakiləri təşkil etmək barədə sərəncam vermişəm.Biz bu mazikələrin sonucu olaraq İranın ƏMTP-nin çərçivəsində maraqlarinin təmin olunacağını görsək, Amerikanın,sionist rejimin meyli və Trampın bu gecəki nəzakdən uzaq qeydlərinə rəğmən ƏMTP-də qalacağıq.İRNA

  • Yazılıb
  • da (də) 2018 May 09
  • Göndərən مدير سايت Aran News