Tarix : 2018 May 09
Kod 55217

Üç ölkə İranla görüş təyin etdi

Fransa, Almaniya və İngiltərənin xarici işlər nazirləri mayın 14-də İran hökumətinin nümayəndə heyəti ilə görüşəcəklər.
Arannews:nur-az.com-Hələlik görüşün harada keçirilməsi və İran tərəfindən kimin iştirak edəcəyi məlum deyil.
Görüşdə ABŞ-ın nüvə müqaviləsini ləğv etməsi məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ayın 8-də 2015-ci ildə İranla “Altılıq” arasında imzalanmış nüvə müqaviləsini təktərəfli formada ləğv edib. 
“Altılıq”da təmsil olunan Fransa, Almaniya və İngiltərə Trampın bu qərarına etiraz edir.


  • Yazılıb
  • da (də) 2018 May 09
  • Göndərən مدير سايت Aran News