Tarix : 2018 May 11
Kod 55229

Tülkü Həccə gedir… İşğalçılar Şuşanın işğal günündə şəhid məzarlarını ziyarət edir

Dünən Şuşa şəhərinin erməni terrorçuları tərəfindən işğal edilməsindən 26 il ötdü…

Arannews-Truth NGO” xəbər erir ki,  bu kədərli günlə əlaqədar olaraq, Şuşa rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası  Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərovun başçılıq etdiyi – aralarında Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş qazilərin də olduğu  qrup Şəhidlər Xiyabanını ziyarət edib.Ziyarrətçilər arasında – yaradıldığı günün ertəsi Fələstin ərazilərini işğal edərək bu dövlətin mövcudluğuna son qoyan, 70 ildir müsəlman qanı tökməkdən usanmayan sionist rejiminin nümayəndələri, o cümlədən qatı sionist,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, israilli qatı sionist Arye Qut da iştirak edib.

Doğrudur, sionistlər Qarabağ döyüşlərində həlak olmuş, Azərbaycanın yəhudi təriqətli milli qəhrəmanı  şəhid Albert Aqarunovun məzarını ziyarət etmək bəhanəsi ilə Şəhidlər Xiyabanına ayaq basıblar.

Amma Albert Aqarunovun sionist rejiminə və sionist terrorçulara heç bir aiddiyyatı yoxdur. Əgər Albert bu gün həyatda olsaydı, İsrailin Fələstinə qarşı işğalına da – eynilə erməni işğalına etiraz etdiyi kimi – etiraz edərdi: terrorçu sionist rejiminə etiraz edən çoxlu saylı yəhudilər kimi:

Qarabağ və Fələstinin işğal olunmasının mahiyyəti və mexanizmi arasında heç bir fərq yoxdur: hər ikisi – kənardan gələn qeyri-müsəlman işğalçıların İslam torpaqlarına  soxularaq suveren müsəlman dövlətinin ərazisinə özlərinə terorçu dövlət qurması ilə nəticələnmiş bir faciədir. Amma biz, əlləri dirsəyə qədər müsəlman qanına bələşən sionist rejiminin nümayəndəsinin müsəlman torpağı olan Bakı şəhərində, müsəlmanların soyqırını ilə nəticələnmiş Qarabağ  işğalının şəhidlərinin pak məzarlarını ziyarət etdiyini və “timsahın göz yaşlarını” xatırladan qiyafələrdə durduqlarının şahidiyik.  Bu necə olur?


Çox sadə… Muktikulturalizm adlı – millətlərin qeyrətini və mübarizə əzmini öldürərək onları sionizmə kölə edən bir nəzəriyyətin xalqın beyninə yeridilməsi nəticəsində…Məhz bu səbəbdəndir ki, Azərbaycanın paytaxtı Bakı şəhərində Beynəlxalq Multikulturalizm Mərkəzi açılır, bu mərkəzin işğalçı sionist rejimi ərazisində nümayəndəliyi yaradılır və əlləri dirsəyə qədər müsəlman qanına bələşən bu saxta dövlətin ərazisindəki nümayəndəliyin rəhbəri Bakıya gələrək şəhid edilən müsəlmanların məzarlarını ziyarət edir! Əgər sabah Xankəndidəki Multikulturalizm Mərkəzinin rəhbəri – hansısa erməni terrorçusu da Bakıya gəlib Qarabağ şəhidlərinin məzarı üstündə “göz yaşları” töksə, bundan təəccüblənmək lazım deyil. Əgər Azərbaycanın vitse-prezidenti torpaqlarının 20-ni işğal edən ermənilərlə badə-badəyə vuraraq şərab işmək arzusu ilə yaşayırsa,  demək bu ölkədə hər nə mümkündür.

  • Yazılıb
  • da (də) 2018 May 11
  • Göndərən مدير سايت Aran News