Tarix : 2018 May 11
Kod 55230

Müdafiə nazirliyi Paşinyanın açıqlamalarına münasibət bildirib

“Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək siyasi aqitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”.

Arannews- APA-nın məlumatına istinadən bildirir ki, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri N.Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasına dair şərh verərkən deyib. 

O qeyd edib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib.

  • Yazılıb
  • da (də) 2018 May 11
  • Göndərən مدير سايت Aran News