Tarix : 2018 May 12
Kod 55235

Paşinyan: Mənim Dağlıq Qarabağ adından danışmağa ixtiyarım yoxdur

Ermənistanda baş nazir seçilən Nikol Paşinyan Azərbaycanın işğal altındakı ərazilərinə səfər edərək müxtəlif bəyanatlar səsləndirib.

Arannews-FaktXəbər-in erməni mediasına istinadən məlumatına görə, Paşinyan Dağlıq Qarabağın ayrıca tərəf kimi danışıqlardan iştirakının tərəfdarı olduğunu və bu baş tutmazsa, danışıqların mümkünsüzlüyünü bildirib: "Güzəştlər, kompromislər barədə erməni tərəfi, ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Ermənistan əsas diqqəti silahlanmaya və təhlükəsizliyin təmin olunmasına yönəltməlidir.

Mən Ermənistanı təmsil edə bilərəm. Dağlıq Qarabağı isə Azərbaycan prezidenti ilə danışıqlarda öz rəhbərliyi təmsil etməlidir. Azərbaycan münaqişənin həllini istəyirsə, onu indiki formatda, yəni tərflərdən birinin danışıqlar masası arxasında olmadığı şəraitdə həll etmək mümkün deyil.”Qeyd edək ki, Paşinyana həmçinin Azərbaycanın Dağlıq Qarabağın “öz müqəddəratını təyin etməsi hüququnu” tanımalı olduğunu bildirib və bunun erməni tərəfinin hər hansı güzəştə gedə bilməyəcəyini söyləyib.Paşinyanın Qarabağ məsələsində daha radikal mövqedə olduğunu və onun nəyə görə hakimiyyətə gətirildiyi məsələsini isə bir müddət əvvəl baş redaktorumuz Aqil Mehdi "Ermənilər Qarabağı qaytarmaq istəyirlər, amma..." adlı məqaləsində vurğulamışdı.


  • Yazılıb
  • da (də) 2018 May 12
  • Göndərən مدير سايت Aran News