Tarix : 2018 May 13
Kod 55248

Ərdoğan BMT TŞ-da müsəlman dövlətlərin olmamasını ədalətsizlik adlandırıb

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan BMT Təhlükəsizlik Şurasında heç bir müsəlman dövlətin təmsil olunmamasını ədalətsizlik adlandırıb.

Arannews-Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

"Biz ədalət tələb edirik. Axı BMT-nin yaradılmasının təşəbbüsü əsasında qlobal ədalətin təmin edilməsi ideyası dayanıb. Biz ədalət tələb edirik", - deyə Türkiyə prezidenti bildirib.Onun sözlərinə görə, 196 ölkənin hər biri BMT Təhlükəsizlik Şurasının üzvü olmağa layiqdir."Əgər Təhlükəsizlik Şurasındakı 20 dövlətin hər biri yenidən seçilsəydi, ədalət olardı", - deyə o əlavə edib.


  • Yazılıb
  • da (də) 2018 May 13
  • Göndərən مدير سايت Aran News