Tarix : 2018 May 13
Kod 55249

İslam İnqilabının rəhbəri Ayətullah Xameneidən Donald Trampa kitablı mesaj

İslam İnqilabının rəhbəri Ayətullah Xameneidən Donald Trampa kitablı mesaj

Arannews-İslaminSesi bildirir ki, ABŞ-ın İranla nüvə müqaviləsini pozduqdan sonra sanksiyaların yenidən tətbiq olunacağı xəbəri əvvəldən də yaxşı olmayan İran Amerika münasibətlərini daha da gərginləşdirib. Siyasi aurada bu gərginliklər yaşanarkən İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamenei Tehran kitab sərgisinə baş çəkib.

Az sonra Ali Dini Rəhbərin İnstaqram hesabından foto yayımlanıb. Fotoda  rəhbərin əlində Mikael Vulfun yazdığı "Atəş və Qəzəb" kitabı var. Qeyd edək ki, ABŞ-ı prezidenti Donald Trampı rüsvay edən bu kitab böyük səs-küyə səbəb olmuşdur. Tramp kitabın nəşr olunmasına mane olmaq istəmişdi və onu uydurma adlandırmışdı. 

Siyasi meydanın belə gərildiyi anda belə bir fotonun yayımlanması mediada İranın ABŞ-ı lağa qoyması kimi dəyərləndirilib. 


  • Yazılıb
  • da (də) 2018 May 13
  • Göndərən مدير سايت Aran News