Tarix : 2018 May 13
Kod 55251

İsrail Ordusu fələstinlilərə atəş açdı: 1 ölü, 448 yaralı

"Qəzəb cüməsi" adı altında yeddinci həftədir reallaşan aksiyalar bu gün də, qanlı davam edib

Arannews-İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, Fələstinin Qəzza yaxınlığında "Qəzəb cüməsi" adı altında yeddinci həftədir İsrail əleyhinə reallaşan aksiyalar bu gün də, qanlı davam edib. Məlumata görə, İsrail əsgərlərinin snayperləri bir nəfər fələstinlini qətlə yetirmiş, ümumi qarşıdurma və atəş nəticəsində 448 fələstinli yaralanmış və xəsarət almışlar.Məlumata görə, snayperin atəşi nəticəsində dünyasını dəyişən 40 yaşlı Cabir Əbu Mustafa adlı şəxsdir.

Qeyd edək ki, önümüzə gələn həftə İsrail əleyhinə milyonluq aksiya və etirazlara zəmin yaratmaq və hazırlıq məqsədilə "Qəzəb cüməsi" adı altında böyük aksiyalar yeddinci həftədir ki. keçirilir.Hər həftə bu aksiyalarda ölən və yaralananlar olsada, hər həftə aksiyaya minlərlə etirazçı qatılır.İsrail mediası isə, aksiyada 3 fələstinin öldüyünü bildiriblər.Hələlik, Fələstinli mənbələr 1 fələstinlinin ölüm xəbərini təsdiq ediblər.

  • Yazılıb
  • da (də) 2018 May 13
  • Göndərən مدير سايت Aran News