Tarix : 2018 May 14
Kod 55261

Dünyanın 46 ölkəsində ABŞ-a qarşı ETİRAZ

Bu gün ABŞ-ın səfirliyi Qüdsə köçürmə qərarınadünyanın 46 ölkəsində keçiriləcək aksiyalarla etiraz ediləcək.
Arannews-Maide.Az “Dünya Bülteni”ə istinadən xəbər verir ki, bu barədə Fələstinli Qüvvələr və Fəaliyyətləri Təşkilatının baş koordinatoru İsam Əbubəkr danışıb. 
“Ərəb ölkələri də daxil olmaqla, dünyanın 46 paytaxtında insanlar ABŞ-ın Qüdsü işğalçı rejimin “paytaxt”ı olaraq tanımasına və Təl-Əvivdəki səfirliyin buraya köçürülməsinə qarşı etiraz edəcəklər.
 Onun sözlərinə görə, bu gün həmçinnin fələstinin işğal olunmuş ərazilərində  Qəzza, Qərbi Şəriyədəki şəhər mərkəzlərində  və Qüdsdə  də etiraz aksiyalarə  keçiriləcək və bu aksiyalara yüz minlərlə fələstinlinin qatılacağı gözlənilir. 
 Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 6 dekabr 2017-ci ildə Qüdsü "İsrailin paytaxtı" olaraq tanıdığını və Təl-Əvivdəki səfirliyin Qüdsə köçürülməsi üçün Dövlət Departamentinə göstəriş verdiyini açıqlamışdı.
 Trampın qərarına qarşı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Türkiyənin təşəbbüsüylə hazırlanan Qüdsün statusuna dair "İsrailin İşğal Altındakı Şərqi Qüds və Fələstin Torpaqlarındakı Fəaliyyəti" adlı qətnamə layihəsi ABŞ-ın təhdidlərinə baxmayaraq, 21 dekabr 2017-ci ildə 9-a qarşı 128 səslə qəbul edilmişdi. Səsvermədə 35 ölkə isə bitərəf qalmışdı.  
 Sionist İsrail 14 may 1948-ci ildə Fələstin torpaqlarını işğal edərək dövlət qurduqlarını elan ediblər. Bu gün  “Nəkbə" (Böyük fəlakət) günü adlandırılır. Bu hadisədən sonra fələstinlilər dogma torpaqlarından didərgin salınıb. Geridə qalan illərdə 531 kənd etnik təmizləməyə məruz qalıb.
 
  • Yazılıb
  • da (də) 2018 May 14
  • Göndərən مدير سايت Aran News