Xəbər Lenti

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

'Tale Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar'

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Doktor Mütəfəkkirazad: İran, Türkiyə və Pakistan üç güclü müsəlman ölkəsi kimi Qarabağ münaqişəsinin həllində birləşməlidir

Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil

Qarabağ müharibəsi ravisi: Qarabağ müharibəsində İran Qarabağın azad olunması üçün bir neçə dəfə plan təqdim etdi

Muxtar Sədrməhəmmədi: Qarabağ müharibəsində Azərbaycana verdiyimiz dəstəyi azadcasına danışmağı arzu edirik

Siyasi mühacirlər aclıq aksiyası keçirəcək

Siyasi məhbus kimi tanınan fəallar aclıq aksiyasına başlayır

Arxiv
 
Tarix : 2018 may 15     |     Kod : 55266

Gürcüstanda aksiyaçılar hökumətə 1 həftə vaxt verdi

Minlərlə gənc polisin reydlər keçirərkən istirahət hüquqlarının pozulmasına etiraz ediblər

Arannews:meydan.tv-Gürcüstanın paytaxtı Tbilisidə mayın 11-dən 12-nə keçən gecə polis bir neçə gecə klubunda reydlər keçirib. Nəticədə 60-dan çox narkotik istifadəçisi həbs olunub. Mayın 12-də minlərlə gənc Tbilisidə Gürcüstan parlamenti qarşısında toplaşaraq polisin reydlər keçirərkən onların istirahət hüququnu pozmasına etiraz edib.Aksiyanın əsas təşkilatçısı “Ağ səs-küy” Hərəkatı olub.Minlərlə gənc “Biz birlikdə rəqs edirik” və “birlikdə mübarizə aparırıq” şüarını səsləndirib. Mitinqə xüsusi di-cey (dj) gəlib. Gənclər öz etirazlarını rəqs edərək davam etdiriblər.Əslində Gürcüstanda nə baş verir?

Gürcüstanda narkomaniyanın dekriminallaşmasını tələb edən "Qirçi" və "Tetri xmauri" təşkilatlarının üzvləri hökumətə bu barədə təkliflər verib. Son bir neçə gündür mövzu ətrafında müzakirələr daha da artıb. Bu muzakirələr fonunda son 20 gün ərzində ölkədə naməlum narkotik vasitədən ölən şəxslərin sayı xeyli artıb.Gürcüstanın Daxili İşlər Nazirliyi reydlərin keçirilməsini naməlum narkotik maddə istifadə edən 5 nəfərin ölməsi və 10-a qədər insanın komaya düşməsi ilə əlaqələndirir. DİN bildirir, uzun müddətli araşdırma nəticəsində məlum olub ki, adıçəkilən klublarda naməlum mənşəli narkotik satışı həyata keçirilib.DİN reydlər zamanı 8 narkotik istifadəçisinin tutulduğunu bildirir. Gürcüstan Ombudsmanı isə mətbuata açıqlamasında deyib ki, narkotik satışında ittiham olunan şəxslər gecə klublarında yox, kənarda saxlanılıb. Onlar xüsusi əməliyyatlar başlanmazdan əvvəl tutulublar.Ombudsman eyni zamanda DİN-ə müraciət edərək, klublara niyə silahlı xüsusi təyinatlıların girdiyini açıqlamasını tələb edir.Gecə klublarında tutulan gənclər DİN-in bu əməliyyatı süni şəkildə hazırladığını, polis əməkdaşlarının gecə klubunda ətrafa narkotik maddələr səpdiyini iddia edib.Biz Rusiya kimi olmaq istəmirik

Aksiya iştirakçılarından Rati Apkhaidze deyir ki, hökumətin əsas məqsədi avtoritar rejim yaratmaqdır. Onlar bu yolla xalqı öz istədiyi kimi idarə edir:
“Bu aksiya təkcə narkosiyasətin dəyişdirilməsi üçün təşkil olunmayıb. Aksiyanın məqsədi sadəcə bundan ibarət deyi. Biz Rusiya kimi avtoritar ölkə olmaq istəmirik. Azadlığımızı tələb edirik. Öz səlahiyyətlərini yerinə yetirməyən Baş nazirin istefasını tələb edirik”.İnsan Haqları Monitorinq Mərkəzinin layihə meneceri Quram İmnadze deyir ki, bu aksiya öz gücündən istifadə edərək avtoritar rejim qurmaq istəyən hökumət üzvlərinə qarşı keçirilir:“Burda tək narkotikin dekriminallaşmasını istəyən gənclər toplaşmayıb. Buna belə don geyindirməyə çalışırlar. Ancaq burada müxtəlif siyasigörüşlü gənclər var. Onlar hökumətdən cavab gözləyir, azadlıqlarını tələb edirlər. Hökumət isə öz avtoritar qanunlarını tətbiq etməyə çalışır. Gənclər bunu istəmir. Onlar Baş nazirin və daxili işlər nazirinin istefasını tələb edir”.Narkotik vasitələr ölkə sərhədindən necə keçirilir?

Aksiya iştirakçıları hökumət rəsmilərindən narkotik vasitələrin ölkəyə necə gətirilməsini açıqlamasını tələb edir.İki gün davam edən aksiya ilə bağlı ilk açıqlamanı Tbilsi meri Kaxa Kaladze verib.“Mənim bacım, qardaşlarım və dostlarım, sizə narkotik maddə ticarəti və narkotik satıcılarına qarşı birləşməyi təklif edirəm. Gənclər, uşaqlarımız, qardaşlarımız, bacılar və vətəndaşlarımız ölür. Mən əminəm ki, köhnə parlament qarşısında çıxış edən gənclər bizimlə çiyin-çiyinə duracaq və birlikdə narkotik maddə ticarəti ilə mübarizə aparacağıq”- Kaladze deyib.Aksiya iştirakçısı Manana Bokuchava deyir ki, hökumət narkotik vasitələrin ölkəyə gətirilməsinə qarşı tədbir görsə, daha məqsədəuyğun olar:

“Biz bir neçə narkotik satıcısını müdafiə etmirik və ya dəstəkləmirik. Əgər hökumət narkotik maddənin ölkəyə gətirilməsinin qarşısını almaq üçün daha tez hərəkət etsəydi, insanların həyatlarını xilas edə bilərdilər. Ancaq biz hökumətin yürütdüyü siyasətə qarşıyıq, ona görə də burdayıq”.“Əgər ölkə siyasəti narkotikin istifadə və satılmasına qarşı bu qədər sərtdirsə, ölkəyə naməlum narkotik vasitələr haradan daxil olur? Ölkə sərhədləri bu qədər ciddi nəzarətdədirsə, niyə gecə həyatının aktiv olduğu bölgələrdə narkotik vasitələr bu qədər əlçatandır? Biz də istəyirik ki, narkotik alveri ilə məşğul olan əsas adamları tutsunlar. Ancaq hökumət nümayəndələri hələ də açıqlama vermir ki, narkotik ölkəyə necə gətirilib. Narkotik satıcılarını niyə gecə klublarında axtarırlar? Bu işin başında olan adamlar niyə cəzalandırılmır?”- askiya iştirakçısı Giorgi Qoqoladze deyir.Aksiya iştirakçıları ilə ultra-millətçi qruplar arasında qarşıdurma13 may, aksiyanın ikinci günündə ultra-milliyyətçi və sağçı Gürcüstan Milli Birliyi təşkilatının üzvləri Tbilisinin mərkəzində aksiya keçirən insanlara hücum ediblər. Gürcüstan Milli Birliyinin lideri Giorgi Çelidze insanları meydana çağırıb və parlament binası qarşısında aksiya keçirən etirazçılarla birgə mübarizə aparmağa səsləyib. Aksiya iştirakçılarının əksəriyyətinin "narkotik istifadəçiləri, LGBT tərəfdarları və Soros tərəfindən maaliyələşdirilən QHT nümayəndələri" olduğunu deyən G.Çelidze tələblərinin narkotik satıcıları üçün ölüm cəzasının tətbiqi edilməsi olduğunu bildirib.Daha sonra parlament binası qarşısına gələn ultra- millətçilər burada aksiya iştirakçılarına hücum ediblər. Polis canlı sədd çəkərək aksiya iştirakçılarını qorumağa çalışsa da, yaralananlar olub.Biz Gücüstanın gələcəyindən danışmalıyıqAksiya iştirakçıları bütün təhdidlərə baxmayaraq, etirazlarına davam etdiriblər. Aksiya spikeri Gürcüstan əhalisini çirklənmiş hava, əlil insanlar, maddi çətinliyə görə təhsilini davam etdirə bilməyən tələbələr, inşaatlarda və mədənlərdə ölən işçilər barədə müzakirə aparmağa səsləyib."Bu, Gürcüstan hökumətinin həll etməli olduğu məsələlərdir. Gürcüstan cəhənnəmə çevrilib, biz bu ölkəni daha yaxşı bir yerə gətirməliyik" – “Ağ səs-küy” təşkilatının nümayəndəsi öz nitqində deyib.Baş nazir brifinq keçirdiAskiya iştirakçıları və sosial media istifadəçiləri Baş nazirin bütün gün ərzində açıqlama verməməsini tənqid edib. Nəhayət, axşam saatlarında Baş nazir Giorgi Kvirikaşvili brifinq keçirib.Etiraz edən hər iki tərəfi birləşməyə və birlikdə narkotiklərlə mübarizə aparmağa çağıran Baş nazir son vaxtlar narkotik istifadə edən bir neçə gəncin həyatını itidiyini və bunun qarşısı alınmasının vacib olduğunu vurğulayıb.“Mən sizin ifadə azadlığınızın təhlükə altına düşməyəcəyinə əmin edirəm" - Baş nazir deyib, -"hər kəs öz mövqeyini ifadə etmək hüququna malikdir, lakin fərqli mövqelərə görə hər hansı qarşıdurma olmamalıdır".Baş nazirin açıqlamasından sonra aksiya iştirakçıları öz etirazlarına davam edib və Baş nazirin istefası tələb olunub. Bundan sonra ultra-millətçi qruplar yenidən aksiya iştirakçılarına hücum etməyə çalışıb. Polisin müqavimətinə baxmayaraq, sağ-sol qrupları arasında qarşıdurma olub və ultramillətçi qrupun bir çox üzvü saxlanılıb.

Aksiyanın keçirildiyi parlament binası qarşısına gələn xarici işlər naziri Giorgi Qaxaria mitinq iştirakçılarının Gürcüstan vətəndaşları olduğunu və onların öz mövqeyini ifadə etmək hüququna malik olduğunu deyərək, ultra-millətçi qrupu ərazini tərk etməyə çağırıb.Aksiya iştirakçıları hökumətə bir həftə vaxt verdiDaxili işlər naziri Giorgi Qaxaria bazar ertəsindən etibarən hökumətin narkotikin dekriminallaşması barədə danışıqlara başlayacağına söz verib. Bundan sonra aksiya iştirakçıları şənbə gününə qədər etirazları dayandıracağını, əgər hökumət hər hansı bir addım atmazsa, həmin yenidən etirazlara başlayacaqlarını elan ediblər.Bundan sonra askiya iştirakçıları ilə görüşən Tbilisi meri Kaxa Kaladze və daxili işlər naziri Giorgi Qaxaria etirazçıları ultra-millətçilərin hücumundan qorumaq üçün xüsusi təşkil olunmuş avtobuslara mindirərək evlərinə yola salıb.

Aksiya İvanaşvili tərəfindən təşkil olunub?

Bəzi sosial media istifadəçiləri İvanaşvilinin Baş nazir postuna gəlmək istədiyini, bunun üçün də bu əməliyyatları təşkil etdiyini iddia edir.
Reyddən bir gün öncə, yəni mayın 11-də hakim “Gürcü arzusu” Partiyasının qurultayında Bidzina İvanişvili partiya sədri seçilib. Bu da onun rəsmən siyasətə qayıtması anlamına gəlir.Sosial media istifadəçiləri öz şəxsi hesablarında və aksiya ilə bağlı sosial şəbəkədə yayımlanan xəbərlərin altında müxtəlif rəylər bildiriblər. Sosial media iştirakçılarının bəziləri bu əməliyyatların İvanaşvilinin keçirdiyini iddia edib.“Görünür Bidzina İvanaşvili Baş nazir postuna geri qayıtmaq istəyir” - bəzi sosial media iştirakçıları qeyd ediblər.Hal-hazırda iqtidarda olan Gürcü Arzusu Partiyasının qurucusu Bidzina İvanaşvilinin oğlu Bera İvanişvili narkotik siyasətinin liberallaşmasını və narkotik istifadəsinin qanuniləşdirilməsini tələb edərək yeni bir mahnı hazırlayıb.“Mən hökumətdən qorxmayan nəsilləri təmsil edirəm" - iki gün ərzində tezliklə populyarlaşan mahnının sözlərində deyilir.Bera Rustaveli prospektində parlamentin köhnə binasının qarşısında toplanan gənclərə həmrəylik nümayiş etdirərək, Tbilisidə gecə klublarına polis basqınlarına etiraz ediblər. 



Açar sözlər : 

Yazılıb da (də)   2018 may 15  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin