Tarix : 2018 May 15
Kod 55267

Azərbaycanlı İŞİD-çidən dəhşətli əməl: Öldürdükləri insanların meyitləri ilə poza verərək foto çəkdirdi

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının azərbaycanlı üzvü “Abu Cihad” ləqəbli 1979-cu il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb
İslaminSesi xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı mayın 24-ə təyin olunub.

 Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

İttihama görə, Eldəniz Məmmədov 2017-ci ilin sentyabrında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən tutulub. 

Həmçinin uzun müddət İŞİD terror təşkilatının sıralarında döyüşmüş “Abu Cihad” ləqəbli Eldəniz Məmmədovun hərbi əməliyyatlarda iştirakını əks etdirən video yayılıb. 

Yayılan videogörüntülərdən görünüb ki, Eldəniz Məmmədov başqa döyüşçülərlə birlikdə onlar tərəfindən öldürülmüş insanın cəsədi qarşısında necə poza verir.Xatırladırıq ki, Eldəniz Məmmədov həm də sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan İnstaqram səhifəsinin sahibi olub


  • Yazılıb
  • da (də) 2018 May 15
  • Göndərən مدير سايت Aran News