Tarix : 2018 May 15
Kod 55268

Ərdoğan: "İsrail terror dövlətidir və Qəzzada törətdikləri soyqırımdır"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin terror dövləti olduğunu bildirib.
Arannews-Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin terror dövləti olduğunu bildirib.“Report” "Anadolu"ya istinadən xəbər verir ki, o, yəhudi dövlətinin terror siyasəti həyata keçirdiyini deyib."İsrail dövləti terror həyata keçirir. İsrail terror dövlətidir", - deyə Türkiyə lideri bildirib.Onun sözlərinə görə, İsrail hökumətinin Qəzza zolağındakı hərəkətləri soyqırımıdır. Bu arada ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsindən sonra baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 günlük matəm elan olunub.Bunu hökumət təmsilçisi Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.Onun sözlərinə görə, Ankara həmçinin ABŞ və İsraildəki səfirlərini geri çağırıb.Qəzza zolağında İsrail hərbçiləri ilə baş vermiş toqquşmalar nəticəsində 55 fələstinli ölüb, daha 3 mini nəfərə yaxın insan isə yaralanıb.

  • Yazılıb
  • da (də) 2018 May 15
  • Göndərən مدير سايت Aran News