Tarix : 2018 May 15
Kod 55269

Azərbaycan kənd təsərrüfatında İranla əməkdaşlığa hazır olduğunu bildirib

Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İran İslam Respublikasının "Etka" şirkətinin icraçı müdiri ilə görüşdə ölkəsinin kənd təsərrüfatı sahəsində İran İslam Respublikası ilə əməkdaşlığa hazır olduğunu deyib.
Arannews-İRİB-nin Bakıdan verdiyi məlumata görə, Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev iki ölkə əlaqələrinin çox yaxşı səviyyədə olduğunu qeyd edərək, kənd təsərrüfatı sahəsində də xüsusilə praktiki elmi araşdırmaların həyata keçirilməsi, ixracat və idxalat üzrə əməkdaşlıqların genişləndirilməsinə təkid edib və deyib: Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi hər bir baxımdan İran ilə əməkdaşlığa hazırdır və bu istiqamətdə heç bir səyini əsirgəməyəcək. 

İ.Quliev daha sonra son zamanlar iki ölkənin birgə iqtisadi komissiyasının iclasında çox səmərəli anlaşma sənədlərinin imzalandığını xatırladaraq, İranın kənd təsərrüfatı sahəsindəki qabiliyyətlərinin yüksək səviyyədə olduğunu bildirib və deyib: Birgə Komissiya formatında iki ölkə arasında birgə kənd təsərrüfatı qrupu fəaliyyət göstərir. Bu qrupun səyləri nəticəsində iki ölkənin kənd təsərrüfatı sahəsindəki əməkdaşlıqları münasib səviyyədədir və daha da inkişaf edir. 

İ.Quliyev İranın "Etka" təşkilatının da kənd təsərrüfatı və qida sənayesində yaxşı təcrübələrə malik olduğunu deyərək, bu təşkilat ilə əməkdaşlığın çox yaxşı və faydalı olacağını vurğulayıb. İranın Etka təşkilatının icraçı müdiri Məhəmməd Mehdi Kərbəlayi də bu görüşdə iki ölkə arasındakı dini, tarixi və mədəni ortaqlıqlara işarə edərək, hər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlıqların genişləndirilməsi üçün çox yaxşı potensiallara malik olduğunu bildirib.Məhəmməd Mehdi Kərbəlayi həmçinin Etka Təşkilatının 600 mağazasının fəaliyyəti ilə bağlı hesabat təqdim edib və deyib: İran və Azərbaycan kənd təsərrüfatı məhsullarının idxal və ixracatında birgə əməkdaşlıq və bir-birilərinin ehtiyaclarını təmin edə bilərlər. 

Etka Təşkilatının icraçı müdiri həmçinin deyib: İki ölkənin yaxın münasibətlərə malik olmasına görə biz Azərbaycanın ehtiyaclarını təmin edə və bunun müqabilində İranın ehtiyaclarını Azərbaycan məhsulları hesabına təmin etmək olar. Mehdi Kərbəlayi sonda deyib: Ümumilikdə çox yaxşı və konstruktiv müzakirələrimiz oldu və qərara alındı ki, Azərbaycanın qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən iş adamları ilə İranın Etka təşkilatının nümayəndələrinin birgə iştirakı ilə əməkdaşlıqların detallarını araşdırmaq üçün birgə işçi qrupu yaradılsın


  • Yazılıb
  • da (də) 2018 May 15
  • Göndərən مدير سايت Aran News