Tarix : 2018 May 15
Kod 55270

Türkiyədə 3 günllük matəm elan edildi

Fələstində keçirilən "Böyük Qayıdış" aksiyalarına qarşı İsrail rejiminin tətbiq etdiyi terrorra görə dünyasını dəyişən dinc sakinlərin sayı 55-ə çatıb. Hadisələr zamanı 2771 dinc sakin də yaralanıb.

Arannews-FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, baş verən hadisələrdən sonra dünən axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Binalı Yıldırım və hökumətin digər üzvləri ilə görüş keçirib.Ərdoğan keçirdikləri görüşlər barədə danışaraq qeyd edib ki, Türkiyə olaraq baş verən vəhşiliyə reaksiyanı göstərmək üçün bəzi qərarlar veriblər: "Fələstinli qardaşlarımızla həmrəylik üçün ölkəmizdə sabahdan (bu gündən) başlayaraq 3 gün milli matəm elan etdik. Həmçinin sədrlik etdiyimiz İslam Əməkdaşlıq Təşkilatını da fövqəladə toplantıya çağırırıq. Cümə günü səhərdən günortaya qədər qeyri-adi iclasımızı keçirəcəyik, günortadan sonra da Yenikapı Meydanında zülmə qarşı böyük etiraz aksiyasını inşallah reallaşdıracağıq.

  • Yazılıb
  • da (də) 2018 May 15
  • Göndərən مدير سايت Aran News