Tarix : 2018 May 15
Kod 55274

İranın müdafiə nazirinin müavini Azərbaycanda səfərdədir

İranın müdafiə nazirinin müavini Məhəmməd Mehdi Kərbalayi Azərbaycanda səfərdədir.

Arannews-Bu barədə FaktXəbər-ə İranın Azərbaycandakı səfirliyindən bildirilib.Məlumata görə, iranlı nazir müavini Azərbaycanın müdafiə nazirinin müavini və kənd təsərrüfatı nazirinin müavini ilə görüşüb. Görüşdə tərəflər müvafiq sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.Məhəmməd Mehdi Kərbalayinin bu gün həmçinin Azərbaycanın iqtisadiyyat nazirinin müavini ilə görüşəcəyi, sabah isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşmək üçün Naxçıvana gedəcəyi gözlənilir.

  • Yazılıb
  • da (də) 2018 May 15
  • Göndərən مدير سايت Aran News