Xəbər Lenti

Şirvanda 19 nəfər zəhərlənib

Cinayət törədən 57 nəfər saxlanılıb

Saakaşvilinin partiyası Ukraynada keçiriləcək parlament seçkilərində iştirak etməyəcək

Azərbaycan din və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Azərbaycan Respublikası anti-İran koalisiyasına qoşulacaqmı

ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Ənsarullahdan Trampa: Ərəb ölkələrini sağ, amma Yəmən bəhanəsi ilə yox

AXH-nin yürüş-mitinq keçirməsinə icazə verilməyib

İran və Ermənistanın hərbi-texniki həmkarlıqları təkzib olunub

Azərbaycan İranla hərbi əməkdaşlığın genişləndirilməysini müzakirə edib

Ermənistan Azərbaycan Ordusunun mövqelərini pulemyotlardan atəşə tutub

Azəri rəsmi: Gürcüstan sərhədçiləri məsuliyyət daşıyırlar

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

Bu il Azərbaycanda 23684 nikah, 7082 boşanma halı qeydə alınıb

Türkiyə AB-nin anti-Ankara bəyanatına reaksiya verib

Bakıda Halal məhsulların sərgisi keçirilir

Gürcüstandan “Keşikçidağ” qadağası - Hərbçilərə əmr verildi

Minsk qrupunun Qarabağ münaqişəsi ilə bağlı layihələrinin uğursuzluğunun səbəbləri-Təhlil

Ermənilər “Gözəlim sənsən” və “Köçəri”ni oğurladılar

"Həbsdə olduğumu bildikləri halda, axtarışa veriblər''

Ərəbistan BƏƏ-nin Yəməndən çıxmasına qəzəblənib

Azərbaycan XİN Polşa vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

İmam Rzanın (ə) həyatı “Qızıl Səqqaxana” radio verlişində

Azərbaycan Xalq Hərəkatının toplantısı və polisin reaksiyası

Gürcüstan XİN: “Keşikçidağ”dakı insident Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil

Əsəd: Suriya ABŞ-ın təhdidləri qarşısında İranın kənarındadır

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azad Həsənovun məhkəməsi təxirə salındı

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Arxiv Print RSS
 
Tarix : 2018 May 15     |     Kod : 55276

''Şəxsən İlham Əliyev sanksiya siyahısına salınmalıdır''

Mayın 9-da Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirib.


Arannews-Toplantıda Meydan TV-nin direktoru Emin Milli də iştirak edib. Meydan TV-nin “Facebook” səhifəsindən dinləmələr canlı yayımlanıb. Emin Millinin çıxışının tam mətni təqdim olunur:“Mən burada bir media rəhbəri kimi yox, sıravi Azərbaycan vətəndaşı kimi danışacam. Prezidentliyə namizəd olmuş İlqar Məmmədov adından danışacam, hansı ki, həbsdədir və burada danışmaq imkanı yoxdur. Qiyas və Bayramın adına danışacam, hansı ki, Heydər Əliyevin heykəlinə qraffiti yazdığına görə 10 il həbs cəzası alıblar, işgəncə görüblər. Orduxanın polisə aparılan 2 yaşlı bacısı qızının adına danışacam. Orduxan çox məşhur və təsirli siyasi aktivistdir. O, müxtəlif ölkələrdə Azərbaycan səfirliklərinin önündə aksiyalar təşkil edib və buna görə təzyiqlərə məruz qalıb, 12 qohumu saxlanılıb, 2 yaşlı bacısı qızı Selcan polisə aparılıb. Hökumət bu təzyiqləri Orduxanı susdurmaq üçün edib. Onun daha bir bacısı oğlu Tural cəmi 1 həftə öncə həbs edilib, o, Bakı Dövlət Universitetinin tələbəsi idi. Məqsəd yenə də Orduxana təzyiq etməkdir. İlkin Rüstəmzadənin adına danışacam, o, 4 ildir həbsdədir. Səbəb isə orduda olan cinayətlərə qarşı dinc aksiyalar təşkil etmək olub. Bütün bu insanların səslərini kəsmək üçün hökumət həbs edib, oğurlayıb. Mən bütün bu insanların adından danışmağa çalışacam. Bütün bu cinayətlərdə İlham Əliyev günahkardır. Bir az öncə Odri Alştadt və Maran Turner də həmin cinayətlər barədə ətraflı məlumat verdi; seçkiləri saxtalaşdırmaq, insanları oğurlamaq, işgəncələr vermək, başqa ölkələrdən adamları oğurlamaq... Araşdırmaçı jurnalist Əfqan Muxtarlı kimi. O, Meydan TV-də Əliyevlərin Gürcüstandakı bizneslərini araşdırmışdı... Bütün bu cinayətlər mücərrəd deyil, xüsusilə hazırlanmış və konkret cinayətlərdir. Cinəyətləri isə İlham Əliyevin rəhbərliyində olan kriminal dəstə törədib, mən onlara hökumət deyə bilmərəm. İlham Əliyev hakimiyyətə gələndən bir dəfə də olsun qanuni seçki baş tutmayıb.Vatslav Havel öz essesində yazırdı ki, demokratiya, parlament, toplaşmaq azadlığı, qanunun aliliyi kimi Qərbdə istifadə etdiyiniz konseptlərin hansısa mənası var. Amma nə vaxt ki, bu konseptlər Azərbaycan kimi avtoritar ölkələrdə olur, bu dəyərlər artıq öz mənasını itirir. Azərbaycandakı seçkilər haqqında danışa bilmərəm, ona görə ki, keçirilənlər həqiqi seçki deyil. Azərbaycanda seçkiləri müşahidə edən missiyaların analizləri mənasını itirib, çünki orada analiz ediləcək şey qalmayıb. Azərbaycanda heç bir legitim proses baş vermir. Bu gün burada Azərbaycanda yaşayan insanlar adından demək istəyirəm ki, İlham Əliyev günahkardır. Çünki o, ölkədən 2.5 milyard dollar oğurlayıb və Britaniyanın ofşorlarına çıxarıb. O, təkcə Azərbaycan insanına qarşı cinayət törətməyib. İlham Əliyev həm də avropalılara, ABŞ vətəndaşlarına qarşı cinayətlər törədib. Əliyevlər ailəsi, nazirliklər, Azərbaycan Beynəlxalq Bankı ilə əlaqədə olan şirkətlər tərəfindən göndərilən 2.5 milyard dollar pulla Qərb rəsmiləri ələ alınıb. Bu araşdırmalar dünyanın nüfuzlu mətbuatlarında, “The Guardian” qəzetində əsas xəbər kimi yayımlanırdı. OCCRP-nin araşdırmaları nəticəsində məlum olub ki, bu pullar təkcə 2014-2016-cı illər arasında oğurlanıb. Təsəvvür edirsiniz? Azərbaycan xalqından hər gün ortalama 3 milyon dollardan artıq pul Britaniya ofşor hesablarına çıxarılıb. Məqsəd isə Avropa, ABŞ rəsmilərini ələ almaq, jurnalistləri, beynəlxalq ekspertləri öz tərəfinə çəkmək olub. Əgər siz Əliyevlə dost kimi danışırsınızsa, - hansı ki, bəzi amerikalı, avropalı siyasətçilər bu dildə danışırlar,- mütləq düşünməlisiniz ki, Əliyevlər ailəsi nə edir, hansı cinayətləri törədir. Tək xalqlarına qarşı yox, həm də ABŞ və Avropaya qarşı həmin şey baş verir. Avropa Şurası haqqında 200 səhifəlik hesabat yayıldı. Məlum oldu ki, avropalı deputatlara 10 milyonlarla dollar rüşvət verilib. Azərbaycan hökumətindən 2 milyondan çox rüşvət alan Luka Volonte sadə siyasətçi olmayıb, Avropa Şurasında fraksiyalardan birinin rəhbəri olub. Başqa bir iş CNN-in prodüseri Ekart Secerlə bağlıdır. Azərbaycan hakim ailəsi ofşorlar vasitəsilə ona da pul verib. CNN-i açırsınız, orada diktaturanı reklam edirlər. Avropa Parlamenti tərəfindən araşdırmalar başladı, hesabatlar yayıldı.Məncə, əsl vaxtdır, ABŞ Konqresi də araşdırmalara başlamalıdır. ABŞ siyasətçiləri, jurnalistləri necə rüşvətə bulaşıblar, bunlar araşdırılmalıdır. ABŞ-ın Azərbaycandakı iki keçmiş səfiri hal-hazırda Əliyev rejiminin pulu ilə dolanır. Bu, rüsvayçılıqdır. Mən amerikalı olsaydım, bundan utanardım. Əliyevin korrupsiyası Azərbaycanla kifayətlənmir, o, dünyada korrupsiyanın simvoluna çevrilib. Azərbaycan çox balaca ölkədir, orada insanları nağıllarla aldatmaq asandır. Necə ki, Kreml təbliğatı bunu dünyada edir. Kreml hər gün deyir ki, Qərb korrupsiya içində batır, dağılır, çökür, rüşvət bizdə də var, onlarda da. Siz bizdən nə istəyirsiniz? Bunların eynisini hər gün, hər saat Azərbaycan hökumətinin təbliğat alətləri edir. Bu yalanlar bütün azərbaycanlılara deyilir, onlar tək ölkədəki 10 milyon nəfərdən ibarət deyil, azərbaycanlılar dünyanın hər yerindədir. Əliyev dost deyil, düşməndir. Məncə, hal-hazırda Əliyevə qarşı sanksiyalar barədə danışmaq çox vacibdir. Çünki İlham Əliyev cinayət piramidasının başında dayanır. O, bu gün diktator, avtoritar lider olmağı ilə məşhurlaşıb. Jurnalistlər tək Azərbaycanda öldürülmür. Onlar artıq Avropada, ABŞ-da da öldürülür. Siz düşünürsüz ki, demokratlar və ya respublikaçılar Amerikanı bunlardan qoruyacaq, yanılırsınız. Sizin üçün pis xəbərim var. Artıq söz azadlığının, fundamental azadlıqların boğulması tək post-sovet ölkələrində baş vermir. Bu, artıq Macarıstanda, Polşada elə ABŞ-ın özündə də baş verir. Bunun səbəbi amerikalı siyasətçilərin Əliyev kimi avtoritar liderlərlə yumşaq dillə danışmasıdır. Nə vaxt hansısa jurnalisti həbs edirlər, hansısa siyasətçini öldürürlər, hansısa medianı bağlayırlar, reaksiya nə olur, dərin narahatçılıq. Reallıq nədir? Daha çox saziş bağlayırsınız, pul, enerji, təhlükəsizlik...

Siz başa düşməlisiniz ki, Əliyev kimi liderlərin yalnız kriminal təfəkkürü mövcuddur. Baxın, Əliyev nə Putin, nə də Rusiya haqqında pis heç nə deməyib. Amma hər gün çıxışlarında Qərblə, ABŞ-la bağlı sərt ifadələr işlədir. O, Azadlıq Radiosunu Azərbaycanda bağlayıb, heç Putin Azadlıq Radiosunu Rusiyada qapatmayıb. O, düşünür ki, sizin liderlər zəifdir və ona heç nə edə bilməz. O, amerikalı, avropalı siyasətçiləri rüşvətlə ələ ala bilər. Bu, onun həyat tərzinə çevrilib. Bu, təkcə onun yolu deyil, dünyada bütün diktatorların yoludur, və çevrilib sizin ölkənizə gəlir. Bu, artıq ABŞ-dadır, Avropadadır. Əgər siz Lopensinizsə, hansısa diktator tərəfindən maliyyələşirsinizsə, banka gedib, seçki kampaniyanız üçün milyonlarla pul götürə bilərsiniz. Mənə bank göstərin ki, ora gedib Rusiyada, Özbəkistanda prezident olmaq üçün pul götürə bilərsiniz. Əliyev kimi diktatorlar artıq kreativdir.Bütün azadlıqları dəstəkləyən vətəndaş cəmiyyəti olaraq qəbul etməliyik ki, gücümüzü, hökmümüzü itirmişik. Mən həqiqətən Helsinki Komitəsinə, şəxsən Kris Smit kimi ABŞ və Avropada olan siyasətçilərə öz təşəkkürümü bildirirəm ki, onlar Əliyevin adını, rusiyalı məmurların adını sanksiya siyahılarına salırlar və ya salmağa cəhd göstərirlər. Amma bu, siyasətin ana xəttini təşkil etmir, daha çox fəaliyyət lazımdır. Mən bir daha təkrar edirəm, şəxsən İlham Əliyev sanksiya siyahısına salınmalıdır. Bununla ABŞ sübut edə bilər ki, gerçək ABŞ nədir, yoxsa bütün bunlar sizin ölkənizdə baş verəcək. Təşəkkürlər”.


Açar sözlər
Yazılıb da (də)   2018 May 15  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap