Xəbər Lenti

Azərbaycanda ictimai rəy Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarından xəbərsizdir

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

Yəmən Səudiyyə Ərəbistanının cənubuna raket yağdırıb

Rza şahın zibilliyə gömülmüş hakimiyyətini İlham Əliyev hakimiyyəti diriltməyə çalışır

20 YANVAR faciəsindən 29 il keçir

"Siyasi məhbuslara azadlıq!" mitinqdən - Fotolar

Ermənistan Bakı-Tiflis-Qarsa qoşulmaq istəyir - blokadanın sərt diktəsi

Vəkil: Mehman Hüseynov ona olan dəstəyin miqyasından duyğulandı

Bakıda müxalifət mitinq keçirdi

ISESCO 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

Arxiv
 
Tarix : 2018 may 16     |     Kod : 55277

Gəncədə baş verənlərlə bağlı məhkəmə: "Kimsə başıma daşa bənzəyən əşya ilə vurdu"

Gəncə şəhərində baş verən insidentlə bağlı məhkəmə prosesi davam edir. 30 oktyabr 2017-ci ildə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgahında ziyarətçilərlə polis əməkdaşları arasında yaranan qarşıdurmada bir neçə polis əməkdaşı yaralanıb. Hadisə ilə bağlı cinayət işi başlanıb

Arannews-Rakurs TV-nin məlumatına görə, mayın 14-ü cinayət işi üzrə hakim Yaşar Həşimovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib. Hakim məhkəmə prosesini açıq elan etdikdən sonra təqsirləndirilən Firudin Zeynalov bir sıra vəsatət qaldırıb. O, məhkəmə salonunda qolundakı qandalların açılmasını, məhkəmə iclas protokollları ilə tanış olmağa, qeydlər aparmağa şəraitin yaradılmasını, məhkəmə prosesini izləmək istəyən QHT və media nümayəndələrinə yaradılan problemlərin aradan qaldırılmasını, eləcə də həbsdə saxlanılması üçün heç bir sübut və əsas olmadığından haqqında seçilmiş həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib. Təqsirləndirilənin heç bir vəsatəti qəbul edilməyib.Bundan sonra zərərçəkmiş şəxslər ifadə vermək üçün məhkəmə zalına dəvət olunub. Öncə Gəncə şəhər Kəpəz RPİ-nin PPX tağımının manqa komandiri polis baş serjantı Ramin Qarayev ifadə verib. O, ifadəsində insident zamanı görmədiyi şəxslər tərəfindən başına daşa bənzər əşya və taxta dəyənəklə vurulduğunu deyib:"Həmin gün xidmətdə idim. İnsident yarananda köməyə çağırıldım. İş yoldaşım xəsarət aldığından yerdə uzanmışdı, kömək məqsədi ilə ona yaxınlaşanda kimsə başıma daşa bənzəyən əşya ilə vurdu, daha sonra taxta dəyənəklə də vurdular. Vuranları görmədim. Sonra məni iş yoldaşlarım ziyarətgahdakı Təcili Tibbi Yardım maşınına apardılar. Oradan da mülkü şəxslər tərəfindən xəstəxanaya aparıldım".Təqsirləndirilənlərin vəkili Zabil Qəhrəmanov zərərçəkmişə suallar ünvanlayıb. Suallar zamanı zərərçəkmişin ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyətlər ortaya çıxıb. Belə ki, Ramin Qarayev istintaqa ifadəsində ziyarətgaha daxil olmaq istəyən insanlara maneə yaratmaq məqsədi ilə təlimat aldıqlarını deyib, amma məhkəmədə belə bir təlimatın olmadığını söyləyib. Müdafiəçi ondan qarşıdurmanın hansı səbəbdən baş verdiyini soruşduqda, zərərçəkmiş bilmədiyini deyib.Vəkil: "Ziyarətgaha girişin məhdudlaşdırılması haqda insanlara KİV-də və ya səsgücləndiricilər vasitəsi ilə məlumat verilmişdimi?"Zərərçəkmiş: "Xəbərim yoxdur".Vəkilin "Ümumiyyətlə istintaqa verdiyiniz ifadəni oxumusunuzmu" sualına, o, "xeyr, oxumamışam" deyə cavab verib. Zərəçəkmiş qismində dəvət olunan digər polis baş serjantı Elməddin Mehtiyev də oxşar məzmunda ifadə verərək, həmin gün tanımadığı şəxs tərəfindən qarın və bel nahiyəsindən zərbə aldığını bildirib. Hər iki şəxs təqsirləndirilənlərdən heç birini tanımadıqlarını və şikayətlərinin olmadığını deyib.Prosesin sonunda təqsirləndirilən Firudin Zeynalov vəsatətlərin qəbul edilməməsinə görə hakimə öz etirazını bildirib. Növbəti məhkəmə prosesin mayın 23-ə təyin olunub.


Açar sözlər : 

Yazılıb da (də)   2018 may 16  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin